Xətai rayonunda yanğın baş verdi - FOTO - VİDEO
Bakının Xətai rayonu, Neapol küçəsi 16 ünvanında yerləşən 18 mərtəbəli binada yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rakus.az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Qərargahının rəisi Əkbər Novruzov bildirib.
Onun sözlərinə görə, ikibloklu binanın mansardasında baş vermiş yanğının sahəsi 180-200 kv/m sahəni əhatə edib: “18-ci mərtəbədə yerləşən 6 mənzildən dördünün mansardası 20 kv/m, 2 mənzilin isə həm mansardası, həm də daxilindəki yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Eyni zamanda, binanın 1-ci mərtəbəsindən 60-cı mərtəbəsinə qədər elektrik şaxtasında kabellər 60 p.m. sahədə yanıb. Yanğın tam söndürülüb. Yanğının söndürülməsinə 2-ci dərəcəli çağırış elan olunub, 15 yanğınsöndürən maşın və 60-dan çox şəxsi heyət cəlb olunub. Elektrik şaxtasında elektrik xətlərinin yüklənməsi nəticəsində yanğının baş verdiyi ehtimal olunur. Nəticədə yanğın mansardaya yayılıb. Xəsarət alan olmayıb”.
Yanğın zamanı 11 nəfər xəsarət alıb və onların şəxsiyyəti məlum olub.
Bunlar 1965-ci il təvəllüdlü Salmanova Şəfəq Şabəddin qızı, onun bacısı, 1968-ci il təvəllüdlü İsmayılova Şəlalə Şabəddin qızı, 32 yaşlı Əliyev Zaur Arzuman oğlu, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əliyeva Səbinə Asif qızı, onların övladları, 2013-cü il təvəllüdlü Ayan Əliyeva, 2016-cı il təvəllüdlü Aliyə Əliyeva və 2018-ci il təvəllüdlü Asim Əliyev, habelə 33 yaşlı Tağıyeva Sevinc Əbilfəz qızı, onun övladları, 2008-ci il təvəllüdlü Tağıyev Əhməd Rəşad oğlu, 2014-cü il təvəllüdlü Tağıyeva Elay Rəşad qızı və S.Tağıyevanın anası, Nağıyeva Kifayət Qəşəng qızıdır.
Yaralıar 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə yerləşdirilib.