Texnologiya 15.11.2019 11:49

Süni intellektlə bağlı beynəlxalq konfrans keçirildi

Noyabrın 15-də “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Rakus.az xəbər verir ki, konfrans AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda çıxış edən Azərbaycan Respublikası Birinci Vitse-prezidentinin köməkçisi Gündüz Kərimov bildirib ki, ölkədə aparılan genişmiqyaslı islahatlar, məhkəmə səmərəliliyinin artırılması bu cür mövzuların müzakirəsini daha da əhəmiyyətli edir: “Mövzu yeni səslənsə də, bu, Avropada uzun müddət müzakirə olunub. Süni intellekt bir bacarıq, qabiliyyətdir. Hər bir intellektin əsas məqsədi insana xidmət etməkdir. İnsan varlığının ifadəsi onun hüquq və azadlıqlarıdır. İnsan hüquqlarının təmin edilməsinə süni müdaxilələr, insanın şəxsi azadlıqlarının pozulmasına gətirən hərəkətlər əlbəttə, qadağan olunmalı və məhdudiyyətlər qoyulmalıdır. Avropada daha çox süni intellektin məhkəmələrdə deyil, hüquq mütəxəssisləri, firmaları və sığorta şirkətləri tərəfindən tətbiq olunmasını müşahidə etmişəm”.

AMEA-nın Hüquq və İnsan Haqlari İnstitutunun direktoru Aytən Mustafazadə çıxışında süni intellekt və robotlardan istifadənin hüquq elmində yeni bir istiqamət formalaşdırdığını, süni intellektin cəmiyyətdə yeni çağırışlar edən mühüm məsələ olduğunu qeyd edib: “Dövrün tələbləri ilə ayaqlaşan Azərbaycan elmində, eyni zamanda insan hüquqları sahəsində sözügedən mövzuya dair dünya təcrübəsinin öyrənilməsi və tətbiqi məqsədilə belə bir konfransın keçirilir”.

Sonra çıxış edən Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyeş konfransın əhəmiyyətindən danışıb. O, müxtəlif sahələrdə süni intellektin tətbiqindən söz açıb.

Daha sonra Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının(CEPEJ) prezidenti, hüquq üzrə elmlər doktoru Ramin Qurbanov çıxış edərək bildirib ki, Avropa Komissiyası Avropada məhkəmə sisteminin, ədliyyə və prokurorluq orqanları, vəkillik institutunun fəaliyyətinin səmərəliliyi və keyfiyyətinin artırılmasının təşviqi və dəstəklənməsi ilə fəal məşğul olur: “Ötən ilin dekabrında CEPEJ “Süni intellektin məhkəmə sistemləri və onlarla bağlı münasibətlərdə istifadəsinə dair Avropa Etik Xartiyası”nı qəbul etdi. Bu da Avropada ilk dəfə olaraq siyasətçilərə, qanunvericilərə və ədliyyə sahəsində çalışan rəhbər şəxslərə milli məhkəmə proseslərində süni intellektin sürətli inkişafı məsələsində istiqamət verə biləcək normativ prinsiplər çərçivəsini təmin etdi. Süni intellekt həmçinin ədliyyəyə əlçatımlığı və ədalət mühakiməsinin keyfiyyətini azaltmalı deyil, əslində gücləndirməlidir”.

R.Qurbanov qeyd edib ki, süni intellektin tətbiqi insan hüquqlarına birbaşa təsir göstərə bilər: “Bu sahəni tənzimləyən ilk Avropa Etik Xartiyası məhz rəhbərlik etdiyim qurum tərəfindən hazırlanaraq təsdiq olunub, həmin Avropa Şurasının üzv dövlətlərində olduğu kimi Azərbaycanda da ölkə başçısının məhkəmə-hüquq sisteminə göstərdiyi diqqətin nəticəsi olaraq bu gün məhkəmə sisteminin rəqəmsallaşdırılması istiqamətində irihəcmli işlər görülür. Azərbaycanda ilk dəfə “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilir. Avropa dövlətlərində rəqəmsal ədliyyə sisteminə keçid özünü göstərir. Qabaqcıl texnologiyalar arasında süni intellekt ən çox müzakirələrə səbəb olur”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO