İstanbul Konstantinopol olmayacaq -ƏRDOĞAN
İstanbul heç vaxt Konstantinopol olmayacaq.
Rakus.az yerli mətbuata istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məscidlərə müsəlmanlara qarşı terror aktını və hadisəni törədənlərdən birinin manifestini şərh edərkən bildirib ki, şəhərin adı dəyişdirilməyəcək və türklər heç vaxt bu şəhəri tərk etməyəcəklər.
Qeyd olunub ki, bir sıra dairələrdə hələ də İslama və müsəlmanlara qarşı nifrət, ədavət hökm sürür.
R.T.Ərdoğan Yeni Zelandiyada müsəlmanlara hücum edən terrorçunun iki dəfə Türkiyəyə gəldiyini və hazırda onun səfərinin məqsədinin, kimlərlə görüş keçirməsinin dəqiqləşdirildiyini bəyan edib.
Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.