Şri-Lankanın yeni prezidenti and içdi
Şri-Lankanın yeni prezidentinin andiçmə mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, Buddist Məbədində baş tutan mərasimdə yeni lider Qotabaya Rajapaksa açılış nitqi səsləndirib: “Hökumət həmişə cəmiyyətə nümunə göstərməlidir, peşəkarlıq və səmərəlilik dövlət idarəçiliyinin təməl daşı olmalıdır. Meritokratiya və texnokratiya təbliğ olunmalıdır. Mənim rəhbərliyim altında korrupsiyaya heç vaxt yol verilməyəcəkdir.”
Rajapaksa onun əleyhinə səs verən azsaylı tamil və müsəlman icmalarını da birliyə çağırıb. Hər iki icmanın nümayəndələri Rajapaksanın qələbəsi ilə əlaqədar narahatlıqlarını ifadə edib.
Yeni prezident öz müraciətində milli təhlükəsizlik məsələsinə üstünlük verəcəyini bildirib. Ötən il ölkədə baş verən terror aktı zamanı 269 nəfər öldürülüb.
Noyabrın 16-da keçirilən səsvermədə Rajapaksanın rəqibi, sui-qəsdə uğramış keçmiş prezident Ranasinqe Premadasanın 52 yaşlı oğlu Sajit Premadasa olub.