İsrail Suriyadakı hərbi mövqeləri bombaladı - FOTO
Bir gün əvvəl İsrailə raket hücumlarına cavab olaraq, İsrailin hərbi təyyarələrinin çərşənbə günü İran və Suriyanın Suriyadakı onlarla hərbi mövqeyinə zərbələr endirib.
Suriya dövlət mediası hücumlar zamanı iki mülki vətəndaşın öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib. Məlumatda eləcə də İsrail təyyarələrinin paytaxt Dəməşq üzərində atdığı raketlərin əksəriyyətinin hədəflərinə çatmadan Suriyanın havadan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.
Baş qərargahı Britaniyada yerləşən İnsan Haqları Müşahidə Qrupu hücumlar zamanı 7-si suriyalı olmamaqla, 11 nəfərin öldüyünü bildirib.
İsrail ordusunun məlumatına görə, çərşənbə axşamı Suriyadan İsrailə atılan dörd raketin İsrailin raketdən müdafiə sistemi tərəfindən vurulduğu deyilib.
“Mən açıq-aydın başa saldım ki, bizi incidəni biz də incidəcəyik”, – İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
“Biz bunu İranın Əl-Qüds qüvvələri ilə Suriyanın qüvvələrinin İsraili raket atəşinə tutduqdan sonra etdik”,- o əlavə edib.
Elit Əl-Qüds ordusu İranın İnqilab Keşikçiləri Ordusunun xaricdəki qoludur. İnsan Haqları Müşahidə Qrupu hücumlar zamanı Əl-Qüds qüvvələrinə məxsus silah-sursat anbarlarının məhv edildiyini bildirib.