Rəsmi İrəvan nasistləri və terrorçuları qəhrəmanlaşdırır – AVİM SƏDRİ
“Nasistləri və terrorçuları qəhrəmanlaşdırmaq Ermənistanın dövlət siyasətidir. Təcavüzkar ölkədə əvvəlki hakimiyyət rəhbərləri kimi, hazırkı baş nazir Nikol Paşinyanın da bu məsələdə müdafiə cəhdləri əsassızdır”.
Rakus.az xəbər verir ki, Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) sədri, səfir Alev Kılıç ifadə edib.
Faşist Almaniyasına sədaqətlə xidmət edən Qaregin Njde ləqəbi ilə tanınan Qaregin Ter-Arutyunyanın türklərə qarşı döyüşməsinin əsasında milli, dini və irqi zəmində qisasçılıq olduğunu diqqətə çatdıran səfir vurğulayıb ki, bütün bu cinayətləri əks etdirən istintaq materialları və məhkəmə qərarları mövcuddur. Belə bir cinayətkara Ermənistanda heykəl qoymaq beynəlxalq prinsiplərə təhqir və təhdiddir. Ümumiyyətlə nasistə və terrorçuya sayğı göstərmək Ermənistanın ictimai-siyasi həyatında yenilik deyil.
AVİM-in sədri vurğulayıb ki, erməni-nasist əməkdaşlığına dair üzə çıxarılan hər bir fakt beynəlxalq ictimaiyyət üçün cəlbedicidir. Çünki nasist və terrorçuların qəhrəmanlaşdırılması bütün dünyada sülh və sabitlik üçün təhlükə mənbəyi kimi dəyərləndirilir.