Dünyanın ən zəngin adamı ABŞ prezidenti olmaq istəyir
Maykl Blumberq Birləşmiş Ştatlarda prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Rakus.az xəbər verir ki, Nyu-York şəhərinin keçmiş meri, dünyanın ən zəngin adamlarından biri olan Blumberq bazar günü rəsmən ABŞ prezident seçkilərində iştirak etmək üçün yarışlara qoşulduğunu bildirib. 77 yaşlı keçmiş respublikaçı planlarını öz veb saytında açıqlayıb.
“Donald Trampı məğlub etmək və Amerikanı yenidən qurmaq üçün prezidentliyə namizədliyimi irəli sürürəm”,- Maykl Blumberq yazıb.
M.Blumberqin prezidentlik yarışlarına 2020-ci il prezident seçkilərində praymeridə səsvermədən 10 həftə öncə qatılması onun hazırkı namizədlərin Trampı məğlub edə bilməyə qadir olmaması ilə bağlı narahatlıqlarını əks etdirir.
Onun Demokrat Partiyasının iqlim dəyişikliyi və silah nəzarəti kimi prioritet sahələrdə böyük investisiyaları və olduqca geniş maliyyə imkanları onun seçkilərdə güclü namizəd olmasına kömək edə bilər. O, bir neçə ştatda televiziyada reklamlar üçün 30 milyon dollar ayırıb.