Papa İmperator Naruhito ilə görüşdü - FOTO
Yaponiyada səfərdə olan Roma Papası Fransisk noyabrın 25-də səhər İmperator Naruhito ilə görüşüb. Sarayın həyətinə Nicubaşi körpüsündən daxil olan Roma katolik kilsəsinin liderinin avtomobilini polis motosiklləri və avtomobillər müşayiət edib.
Rakus.az xəbər verir ki, şəxsi tanışlıq xarakteri daşıyan görüş tam məxfi şəraitdə keçib.
Roma Papasını sarayın cənub qapılarında şəxsən İmperator Naruhito özü qarşılayıb. Bu, İmperator Naruhitonun Roma Papası Fransisk ilə ilk görüşüdür.
İmperator sarayının Take-no-ma otağında keçən və 20 dəqiqə davam edən görüş zamanı pontifik İmperatora Romadakı Tita arkasının mozaik təsvirini hədiyyə edib. Xüsusi Vatikan sənət studiyası tərəfindən hazırlanan bu əsər, İtalyan rəssamı Filippo Anivittinin (1876-1955) Roma görüşlərini özündə cəmləşdirən bir akvarel rəsmini əks etdirir. Mətbuat xidmətindən bildirilib ki, Mozaika üzərində iş demək olar ki, altı ay çəkib.
Xatırladaq ki, İmperator Naruhito atası 84 yaşlı Fəxri İmperator Akihito yaşının çoxluğu ilə əlaqədar könüllü şəkildə taxtı tərk etdikdən sonra bu il mayın 1-də taxta çıxıb.