“Öz peşəsi ilə məşğul olsun” – İlham Namiq
Xalq artisti İlham Namiq Kamal Teatrlar Xadimləri İttifaqının XIV konfransında baş verən qalmaqala münasibət bildirib.
Rakus.az xəbər verir ki, o, bu barədə İTV-də yayımlanan “3D” proqramında Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən danışıb.
Sənətçi Xalq artisti Afaq Bəşirqızını dəstəkləmədiyini söyləyib:
“Qurultayda var idim. Orada Əbülfəs Qarayev çıxış etdi. Həmin vəziyyətdə Afaq xanım durdu getdi. Bilmədim, nə mənada idi. Bəlkə, Afaq xanımın ürəyi vəzifə istəyir.Mən heç kimi dəstəkləmirəm, özümü dəstəkləyirəm. Hər kəs öz peşəsi ilə məşğul olsa, daha yaxşı olar”.
Qeyd edək ki, Afaq Bəşirqızı etiraz əlaməti olaraq konfransı yarımıçıq tərk etmişdi. Aktrisa daha sonra jurnalistlərə açıqlamasında hər şeyin senari üzrə getdiyini bildirmişdi:
“O, bunu tərifləyir, bu, onu tərifləyir. Gərək Teatr Xadimləri İttifaqının sədri çıxışını kimə yazdırıbsa, ona oxudardı. Çünki özü güclə oxuyurdu. Cənab prezidentin çıxışından bir sitat gətirmək istəyirəm: Yaşı 70-ə çatmış və 70-i ötmüş insanlar, iqtidarı təmsil edənlər artıq Hacıbala Abutalıbovdan nümunə götürsünlər. Azər Paşa Nemətova da Hacıbala Abutalıbovdan nümunə götürməyi tövsiyyə edərdim. Teatr Xadimləri İttifaqı bu deyil”. (ax.am.az)