KTMT-yə sədrlik Rusiyaya keçdi
Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirilib.
Rakus.az xəbər verir ki, sammitdə Rusiya, Belarus, Qırğız Respublikası, Qazaxıstan, Tacikistan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko, Sooronbay Jeenbekov, Kasım-Jomart Tokayev, Emoməli Rəhmon, Ermənistanın baş naziri Nikol Paşinyan, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev və KTMT-nin baş katibi vəzifəsini icra edən Valeri Semerikov iştirak ediblər.
Tədbirdə beynəlxalq və regional problemlər, Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi, təşkilatın hərbi potensialının gücləndirilməsi, KTMT məkanında təhlükələrin qarşısının vaxtında alınması, Böyük Vətən müharibəsində Qələbənin 75 illik yubileyinin qeyd olunması və digər məsələlər müzakirə edilib, KTMT-nin 2020-ci il üçün büdcəsi təsdiqlənib.
KTMT-yə sədrlik Qırğızıstandan Rusiyaya keçib.