İraqda həlak olanların sayı 22 nəfərə çatdı
İraqın Di-Kar əyalətinin administrativ mərkəzi Ən-Nəsiriyyə şəhərində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb.
Rakus.az xəbər verir ki, toqquşmalar zamanı, həmçinin 180 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Etirazçılar şəhərdəki iki körpünü ələ keçirməyə müvəffəq olub. Yerli hakimiyyət orqanları komendant saatı elan edib.
Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə mövcud problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Paytaxt İraqda və bəzi əyalətlərdə keçirilən dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib.
Son məlumatlara görə, mitinqlərin başlanğıcından indiyədək 350 nəfərdən çox insan həlak olub, minlərlə insan yaralanıb.