Londonda əsas partiyalar seçki kampaniyasını dayandırdı
Böyük Britaniyanın hakim Mühafizəkarlar partiyası və müxalif Leyboristlər partiyası Londonda seçki kampaniyalarına ara verib.
Rakus.az xəbər verir ki, dekabrın 12-də Britaniyada keçiriləcək növbədənkənar seçkilərdən əvvəl Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar partiyasından sonra əsas müxalif Leyboristlər partiyası da Londonda təşviqat fəaliyyətlərini dayandırıb. Buna səbəb kimi London körpüsü yaxınlığında baş verən hadisə əsas gətirilib.
Baş Nazir, hökumətin təcili Kobra komitəsinin iclasını çağırıb. O, açıqlamasında seçki kampaniyasına ara verdiyini söyləyib. Conson, London körpüsü yağınlığında baş verən bıçaqlanma hadisəsi zamanı şübhəliyə əvvəl mülki şəxslərin müdaxilə etdiyini bildirib və bu hücumlarda iştirak edən hər kəsin tutularaq məsuliyyətə cəlb ediləcəyini deyib.
Xatırladaq ki, noyabrın 29-da bıçaqla silahlanmış şəxs London körpüsü yağınlığında beş nəfəri yaralayıb. Yaralılardan 2-si həyatını itirib.