Niderland polisi 3 gənci bıçaqlayan şəxsi yaxaladı
Niderland polisi Haaqanın mərkəzi küçəsində üç gənci bıçaqlamaqda şübhəli bilinən 35 yaşlı şəxsi həbs etdiyini bildirib.
Rakus.az xəbər verir ki, polisin məlumatına görə, sabit ünvanı olmayan şübhəli şəxs sorğu-sual edilmək üçün polis idarəsinə aparılıb.
Aldıqları bıçaq zərbələri nəticəsində yaralanan iki 15 yaşlı qız və bir 13 yaşlı oğlan cümə axşam xəstəxanadan evə buraxılıb.
Milli NOS yayım şirkətinin iki şahidə istinadən verdiyi məlumata görə, qızlar qışqıraraq hadisə yerindən yaxınlıqdakı mağazaya qaçıb.
Bir kişi isə “atletikbədənə sahib”bir kişi hadisə yerindən qaçıb və o, yoldakı əngəllərin üzərindən asanlıqla atlana bilib.
Hadisə yeri bir neçə saat boyunca bağlanıb. Təcili tibbi yardım işçiləri xəsarət alanlara yardım edib, polis isə dəlillər axtarıb.
Cümə günü Haaqadakı alış-verişin gur olduğu küçədə bıçaqlanma nəticəsində üç nəfər yaralanıb.
Hadisədən dərhal sonra Haaqa polisi 45-50 yaşlarında bir adamın axtarıldığını və onun Şimali Afrika mənşəli insanlar haqda Holland terminindən istifadə etdiyini bildirmişdi.
Polis həmin şəxsin boz rəngli idman paltarında və çiynində şal olduğunu demişdi.
Sentyabr ayında da Dordrext şəhərində bir neçə insan odlu silahla vurularaq yaralanmışdı.
Dordrext şəhərinin meri Uoter Kolff özünün Twitter səhifəsindədə “çox ciddi silahlı insident” baş verdiyini yazmış və hadisə yerinə getdiyini bildirmişdi.
Polis təcili yardım dəstələrinin hadisə yerində gəldiklərini və hadisə ilə bağlı təhqiqat aparıldığını demişdi.