Nazirlər Şurasının XXVI görüşü işə başlayır –ATƏT
Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində ATƏT-n Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası işə başlayır.
Trend-in məlumatına görə, təşkilatda təmsil olunan 57 ölkədən 40-dan çox Xarici İşlər nazirinin iclasa qatılacağı gözlənilir. Toplantı Slovakiyanın quruma sədrliyi dövründə elan etdiyi “Xalqlar naminə, dialoq və sabitlik üçün” devizi altında keçiriləcək.
ATƏT-ə üzv və tərəfdaş ölkələrdən olan nazirlər, yüksək səviyyəli dövlət və hökumət nümayəndələri Avropada və dünyanın digər regionlarında təhlükəsizliyə çağırışları və mövcud problemləri müzakirə edəcəklər. Görüşün əsas mövzusu, gözlənildiyi kimi, ATƏT məkanında münaqişələrin – Ukraynanın şərqindəki, Dağlıq Qarabağdakı və Dnestryanı bölgədəki böhranlı vəziyyətlərin nizamlanması olacaq.
Xatırladaq ki, Azərbaycanı iclasda Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.