Parisdə etirazlar 5 gün davam edəcək
Fransanın paytaxtı Parisdə nəqliyyat işçilərinin dekabrın 5-də başlayan tətili dekabrın 9-na qədər davam edəcək.
Rakus.az xəbər verir ki, bu barədə Parisin ictimai nəqliyyat kompaniyası məlumat yayıb. Beləliklə, paytaxtda yaxın günlərdə nəqliyyat sahəsində problemlər davam edəcək.
Dekabrın 5-də Fransada son dövrlərin ən iri ümummilli tətili başlayıb. Pensiya islahatlarına qarşı yönələn tətillər ictimai nəqliyyatın işində problemlərə səbəb olub. Paris metrosunun 11 xəttində qatarlar işləməyib, üç xəttə isə hərəkət məhdudlaşdırılıb.
Şəhərkənarı elektrik qatarlarının fəaliyyətində də problemlər yaranıb. Həmçinin Fransa paytaxtında avtobus və tramvayların yalnız 30 faizi marşruta çıxıb. Bu gün səhər saatlarında İl-de-Frans paytaxt regionunda tıxacların uzunluğu 550 kilometri ötüb.