Türkiyə Rusiyadan yenəvə S-400 alır
“Rusiya və Türkiyə Rusiyanın S-400 raket sistemlərinin yeni bir partiyasının Ankara tərəfindən alınması ilə bağlı müqavilə üzərində işləyir”.
Rakus.az xəbər verir ki, bunu Rusiyanın hərbi əməkdaşlıq agentliyindəki yüksək vəzifəli şəxsi deyib.
Belə bir razılaşma ABŞ-ın F-35 döyüş tipli təyyarə proqramından kənar qalan rəsmi Ankaranın Vaşinqtonla münasibətlərini daha da gərginləşdirə bilər. Bu il Türkiyənin S-400 raket kompleksini almasına görə Amerika Türkiyəni cərimələyib.
“Biz tədricən bu sual üzərində işləyirik. Ən əsası hər iki tərəf bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir”, – Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirib.
D.Şuqayev Türkiyə ilə Rusiya arasında gələn il S-400-lərin əlavə dəstəsinin çatdırılması üçün müqavilə imzalayacağını düşündüyünü söyləyib.
Rusiyanın dövlət silah ixracatçısının rəhbəri noyabrın 26-da RİA xəbər agentliyinə bildirib ki, Moskva və Ankara daha çox S-400 sistemlərinin alınması üçün Ankaranın ilkin raket müqaviləsində seçim məsələsini fəal müzakirə edir.