İranda 13 min adam deputat olmaq istəyir
İranda parlament seçkilərində iştirak etmək istəyənlərin qeydiyyatı başa çatıb.
Rakus.az xəbər verir ki, bu barədə İranın Seçki Mərkəzinin nümayəndəsi İsmayıl Müsəvi məlumat verib.
O bildirib ki, parlament seçkilərində namizəd kimi iştirak etmək istəyən 13 min nəfərdən cox adam qeydiyyatdan keçib. Onlardan 1605 qadınlardı. Qeydə alınanların 4 faizi əvvələr seçkilərdə iştirak edərək seçiliblər, 23 faizi isə iştirak etsələr də seçilməyiblər.
İran qanunlarına əsasən, Konstitusiyanın Müdafiə Şurası qeydə alınanların siyahısına nəzər salaraq “təmizləmə” aparacaq. Qeydə alınanların heç də hamısı seçkilərdə namizəd ola bilməyəcək. Şura tərəfindən siyahı təsdiq olunduqdan sonra namizədlər seçkiqabağı təbliğat kompaniyasına başlayacaqlar.
Xatırladaq ki, 2020-ci ilin fevralın 21-də İranda növbəti parlament seçkiləri keçiriləcək. İran parlamenti 290 yerdən ibarətdir və 4 il müddətinə seçilir. Parlamentdə 5 yer etnik və dini azlıqların nümayəndələrinə verilir.