Mədəni 13.12.2019 21:00

Xuraman Qasımova: “Heç bir sirr bağlı qalmır” – MÜSAHİBƏ - FOTO

Xalq artisti Xuraman Qasımova Axşam.az saytına verdiyi müsahibədə Opera və Balet Teatrının ünvanına ağır tənqidlər edib, qalmaqal yaradacaq fikirlər səsləndirib.

Rakus.az həmin müsahibəni təqdim edir:

– Xuraman xanım, uzun zamandır sizi nə efirlərdə, nə də mətbuatda görürük. Bunun səbəbini nə ilə izah edərdiniz?

– Mən çox nadir hallarda müsahibə verirəm. Elə bacım Fidan da mənim xasiyyətimdədir. Çünki işimiz çoxdur. Uzun illərdir ki, Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışırıq. Bizim yetişdirdiyimiz tələbələrin səsi dünyanın böyük səhnələrindən gəlir. Onlar orada solo konsertlər verir və ölkəmizi layiqincə təmsil edirlər. Bir sözlə, öz işimizlə məşğuluq. Səhnədən uzaqlaşsaq da, sənətdən uzaqlaşmamışıq.

– Səhnədən uzaqlaşmağınıza toxundunuz. Siz və bacınız Fidan Qasımova vaxtından əvvəl səhnə ilə vidalaşdınız. Buna səbəb nə idi?

– Bizim o illərdə Opera və Balet Teatrından təqaüdə çıxan vaxtımız deyildi. Bir adam soruşmadı ki, görəsən, nə baş vermişdi? Niyə bu iki bacı, o cür çətin əsərləri ifa edən sənətçilər Opera və Balet Teatrının səhnəsində yoxdur?! Niyə səhnəni atıb pedaqoji fəaliyyətlə məşğul oldular? Elə sənətkarlar var ki, 90 yaşına qədər səhnədə olurlar. Sənətkarın səsi itənə qədər səhnədə olmalı, ifa etməlidir. Mən səhnədən uzaqlaşanda cavan qız idim. Bilirsiniz ki, filmlərdə də çəkilmişəm. İndi bir insanın məndən xoşu gəlmirsə, mən teatrı tərk etməli idim?! Siz məni sevmirsinizsə, mənim evimə gəlməyin, mən də sizin evinizə gəlmərəm! Opera və Balet Teatrı mənim ikinci evim sayılırdı, mən ordan öz xoşumla heç vaxt üz döndərib getməzdim!

– Deməli, sizi teatrdan uzaqlaşdırıblar?

– Bəli, həm məni, həm də bacım Fidan xanımı. Bizim kimi peşəkar opera müğənnilərini teatrdan uzaqlaşdırdılar. Bu haqda daha geniş danışmaq istəmirəm.

– Yəqin, ittihamlarınız teatrın rəhbərliyinədir.

– Təbii ki, teatra rəhbərlik edən direktordur.

– Xuraman xanım, bu günlərdə xanəndə, Əməkdar artist Nigar Şabanova müsahibəsində bildirdi ki, Opera və Balet Teatrında “Leyli” obrazını oynamaq üçün ondan pul tələb ediblər. Sizcə, bu nə dərəcədə doğru ola bilər?

– Bəli, Nigar düz deyir. O teatrda nəinki o xanıma, bütün gənclərə qarşı belə münasibət var. Siz bilmirsiniz. Fidan xanım da, mən də öz tələbələrimizə həmişə izah etmişik ki, sizin barənizdə heç kəsə ağız açmayacağıq. Heç kəsə yalvarmayacağıq ki, sizi işə götürsünlər. Sizin fəaliyyətiniz, oxumağınız elə olmalıdır ki, Opera və Balet Teatrına arxa qapıdan yox, ön qapıdan girəsiniz. Biz tələbələrimizə belə tərbiyyə veririk. İndi hamı yaxşı ola bilməz. Eləsi var ki, çox yaxşı səviyyədədir. Opera mürəkkəb sənətdir, hər bir insan bununla məşğul ola bilməz.

– Teatr açıqlamasında bildirmişdi ki, xanəndənin fikirləri qərəzlidir…

– Xeyr, burda heç bir qərəz yoxdur. Nigar hələ az deyib. O teatrda bundan da pis şeylər var. Daha dərinə getməyək. O xanım çox haqlıdır. Bu söz-söhbətlər çoxdan var. Sadəcə, biz bunları açmırdıq. Madam ki, bu söz-söhbətlər açılıb, biz də danışmalıyıq. O gənc xanəndə gör nə vəziyyətə düşüb ki, ürəyi dolub, deyib. O artıq bezib bu cür şeylərdən. Nə deyirlərsə, doğru deyirlər! Bu yazıq gənclər hələ az deyirlər. Gün gələcək əsl həqiqətlər ortaya çıxacaq. Heç bir sirr bağlı qalmır. Biz bunu görəcəyik. O gün elə də uzaqda deyil.

 

– Bir neçə Xalq artisti Nigarın fikirləri ilə razılaşmadığı təqdirdə siz onu müdafiə edirsiniz…

– Sözün düzü, mən Nigarı heç yaxından tanımıram, şəxsi tanışlığım yoxdur. Amma sağ olsun ki, cəsarət edib, fikirlərini dilə gətirib. Nigarı müdafiə etməyənlər qorxurlar. Onları qorxu altında saxlayırlar. Biz guya bilmirik? O rəhbər deyirsə ki, “Mən Müslüm Maqomayev kimi bir insanı teatrdan uzaqlaşdırmışam!” – daha ondan bundan artıq nə gözləyəsən? Bu böyük bir işdir? Bu sənə nə qazandırıb? Nə var, nə var yüz manat pul verəcəkdiniz ona, ona görə? Müslüm Maqomayev bizim teatrda qalsaydı, bizim üçün böyük fəxr idi. Kim itirdi? Kim qazandı?

– Teatrı tərk edəndən sonra heç getmisiniz?

– Xeyr. 2005-ci ildən bu yana “Opera və Balet”in yanından belə keçmirik. Xəbərim var ki, Opera və Balet Teatrında səviyyəsiz tamaşalar çoxdur. Elə götürək “Koroğlu” tamaşasını. Siz bilirsiniz ki, bu tamaşada səhnəyə canlı at çıxır. Ata o qədər dərman vurulur ki, at səhnədə sürünür. O tamaşada hansı Koroğludan söhbət gedə bilər?! Mənim yadımdadır, o vaxt Lütfiyar İmanov necə dırmaşırdı o atın üstünə. İndiki tamaşalarda at o qədər ölühal vəziyyətdə səhnəyə çıxır ki, orkestrin gurultulu dəqiqələrində qorxub qaçır səhnədən. Bizim teatrımız bu dəqiqə Sumqayıtdan kənara çıxmır. Teatrımızın adı harda çəkilir? Teatr o vaxtkı direktor Azər Rzayevin vaxtında daha yaxşı idi. Gəzmədiyimiz ölkə, konsert proqramı vermədiyimiz yer qalmamışdı. Bizim afişalarımız var idi, hansı o afişalar? Hanı o tamaşalar? Mən yəni heç bir zaman opera aktrisası olmamışam? Tarixi silmək olar?

– Bu teatrın səhnəsində sonuncu çıxışınızı necə xatırlayırsınız?

– Sonuncu dəfə “Xurşidbanu Natəvan” tamaşasında səhnəyə çıxdım və bir daha ora qayıtmadım. İnanın tamaşada o qədər izdiham var idi ki… Mən orda bir ifadə işlətdim: “Şuşanı xilas edin”. O sözlərlə mən bütün zalı qaldırıb, Şuşaya getsəydim, bəlkə də doğrudan da tamaşaçılarla Şuşanı alardıq. Mən bu tamaşanı çox ürəkdən oynadım. Məncə, bizə qarşı haqsızlıq yerdə qalmamalıdır. Biz susmuşuq, susmuşuq o demək deyil ki, nəyisə unutmuşuq. Bunu mənim xalqım da bilməlidir. Biz bilən şeyləri heç kəs bilmir.

–  Sizcə, teatrın bu açıqlamalarınıza münasibəti necə olacaq?

– Mən heç kəsdən qorxmuram və çəkinmirəm. Onlar haqqında o qədər bilirəm ki, hər şeyi açıqlaya bilərəm! Mənim tələbəmi teatra işə götürürlər, kağıza imza atdırırlar ki, sən demə ki, Fidan və Xuraman xanımın tələbəsisən. Belə şey olar?! O direktor bir dəfə də olsun Konservatoriyada keçirilən imtahanda iştirak etməyib. Həmişə deyib ki, qolum sınıb, ay nə bilim nə olub. Kimdir axı o?

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO