Mədəni 14.12.2019 21:00

Opera və Balet Teatrı Xuraman Qasımovanın ittihamlarına cavab verdi - FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Xalq artisti Xuraman Qasımovanın dkabrın 13-də Axşam.az saytında səsləndirdiyi ittihamlara cavab verib.

Rakus.az xəbər verir ki, açıqlamada deyilir: “X.Qasımovanın səsləndirdiyi fikirlərin heç biri həqiqətə uyğun deyil. Qasımova bildirir ki, onu və bacısı Fidan Qasımovanı cavan qız ikən teatrdan uzaqlaşdırıblar. Nəzərə alsaq ki, Xuraman və Fidan Qasımovalarla əmək müqaviləsinə 2005-ci ildə xitam verilib, o zaman F.Qasımovanın 58 (1947-ci il təvəllüdlüdür), X.Qasımovanın isə 54 yaşı (1951-ci ildə doğulub) var idi. Həm də onlara heç kəs burada çıxış etməyi qadağan etməmişdi, sadəcə onlar repertuarda məşğul olmadıqlarına görə, ştatdan azad edilib, tamaşa haqqı ödənilməklə işə keçirilmişdilər. Onlar bununla razılaşmaq istəmirdilər, ona görə ki, illərlə səhnəyə çıxmadıqları halda hər ay müftə əmək haqqı almaq istəyirdilər.

Nigar Şabanovanın bəyanatına gəldikdə, o artıq öz cavabını alıb, ona cavab verən Xalq artistlərini heç kəs məcbur edib efirə göndərməmişdi, onlar öz təşəbbüsləri ilə verilişə çıxıb həqiqəti söyləmək istəmişdilər. Gənclərə qayğı məsələsi Opera və Balet Teatrında ən yüksək səviyyədədir. Layiq olanlar bu teatrın səhnəsində öz yerini tutur və onların inkişaf etməsi üçün teatr rəhbərliyi hər cür şərait yaradır. Son 20-25 il ərzində Opera və Balet Teatrının səhnəsində ilk addımlarını atan gənclərin bir çoxu bu gün artıq yüksək fəxri adlar daşıyırlar, müxtəlif beynəlxalq mükafatlara layiq görülüblər, səsləri dünyanın mötəbər teatr və konsert salonlarından eşidilir. Xuraman Qasımova bu həqiqətləri görmək istəmir və ya görməməzliyə vurur. Bir daha təkrar etmək istəyirik ki, teatrımızın səhnəsinə heç kəs pul ödəyib gəlmir, burada çıxış etdiklərinə görə onlara pul verilir”.

Teatr Xuraman Qasımovanın “Opera Teatrında səviyyəsiz tamaşalar çoxdur” ittihamına isə belə cavab verib: “Əgər, Qasımova 2005-ci ildən bu yana teatra gəlmirsə, tamaşaların səviyyəsi barədə necə mühakimə yürüdə bilər? Opera və Balet Teatrının tamaşalarında xarici qonaqlar, diplomatik korpus nümayəndələri, səfirlər, Azərbaycan elitasının nümayəndələri vaxtaşırı iştirak edirlər. Əgər tamaşaların səviyyəsi onları qane etməsə, onlar təkrarən teatra gələrlərmi? Fikir söyləmək üçün teatra gəlmək və tamaşalarda iştirak etmək lazımdır.

X.Qasımova “Koroğlu” tamaşası haqqında danışır, atın səhnədə süründüyünü iddia edir. “Koroğlu” operasının hər bir tamaşası “Mədəniyyət” kanalı ilə lentə alınır və sonradan televiziyada nümayiş olunur. Nədənsə, atın süründüyünü heç kəs müşahidə etməyib, gülünc və cəfəngiyyat dolu fikirdir. Bu at Teatrın şəxsi atı deyil, o hər dəfə İdman və Gənclər Nazirliyinin tabeliyində olan Atçılıq idmanı və Müasir Beşnövçülük üzrə İOEUPM-dən icarəyə götürülür və qeyd etmək lazımdır ki, hər dəfə Teatra ən yaxşı cins atlar göndərilir”.

Mətbuat xidməti Xalq artistinin “Teatr bu dəqiqə Sumqayıtdan kənara çıxmır” fikrini ağ yalan adlandırıb: “Teatr nəinki Sumqayıtdan kənara çıxır, hətta Azərbaycanın hüdudlarından çox-çox kənarda belə qastrol səfərlərində olur. Teatrın muğam və balet truppaları, simfonik orkestri bir çox yaxın-uzaq ölkələrdə – Rusiya Böyük Teatrı, Sankt- Peterburqun Marinski Teatrı, Belarusun Böyük Akademik Opera və Balet Teatrı, Türkiyənin İstanbul və Ankara Opera və Balet Teatrları, Fransa, Almaniya, Qətər və sairə ölkələrdə çıxış edib və etməkdədir.

Ümumiyyətlə, başdan-başa yalan və iftiralarla dolu olan bu müsahibəni verməklə X.Qasımovanın özünü ictimaiyyətin yadına salmaq və xatırlatmaq məqsədi güddüyünü düşünürük, başqa cür ola bilməz. Opera və Balet Teatrının fəaliyyəti haqqında həqiqətləri daimi tamaşaçılar çox yaxşı bilir, kim bu həqiqəti bilmirsə, onları da tamaşalarımıza dəvət edirik”.

Xatırladaq ki, X.Qasımovanın müsahibəsi ilə buradan tanış ola bilərsiniz.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO