SN kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı
Qusar rayonunda qidadan kütləvi zəhərlənmə faktı baş verib. Hadisə rayonun Qələcuq kəndində qeydə alınıb.
Rakus.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, Qusarın Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Bunlar, 2012-ci il təvəllüdlü Ağakişiyeva Mədinə Tərlan qızı, 2010-cu il təvəllüdlü Ağakişiyeva Lalə Tərlan qızı, 2011-ci il təvəllüdlü Ağakişiyev Məmmədəli Kamran oğlu, 2014-cü il təvəllüdlü Ağakişiyev Seyidəli Kamran oğlu, 2018-ci il təvəllüdlü Ağakişiyeva Şəfa Kamran qızı, 1963-cü il təvəllüdlü Ağakişiyev Ağaəfəndi Əliəfəndi oğlu, 1989-cu il təvəllüdlü Ağakişiyeva Aygün Fikrət qızı və Ağakişiyeva Nəsibə Kamil qızıdır. İlkin ehtimala görə onların qutabdan zəhərləndiyi bildirilir.
Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.