Hərbi 16.12.2019 17:15

Şəhidlik zirvəsinə ucalan Eldəniz Ağakişiyev – MƏQALƏ - FOTO

Bütün zirvələrdən uca olan bir zirvə var- Şəhidlik zirvəsi. Bu zirvəyə yüksəlmək heç də hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilər bu uca zirvəyə. Bu yüksəkliyə ucalanlar ölmürlər, əksinə ölümləri ilə əbədilik qazanırlar.

İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə hər zaman dərin ehtiram bəslənilir.

Azadlığı, müstəqilliyi, babalardan miras qalan Vətən torpağı uğrunda şəhid olmağı bacaran xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Ölkəmizdə şəhid ruhu ən yüksək zirvədə dayanır. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Birinci Qarabağ müharibəsinin döyüş meydanlarında əcdadların qəhrəmanlıq ənənələrini davam etdirən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Eldəniz Ağakişiyevdir. Fəxrlə demək olar ki, Milli qəhrəmanlarımızın, şəhidlərimizin, o cümlədən Eldəniz Ağakişiyevin döyüş yolu, fədakarlıqları gənc nəslə örnəkdir.

Qəhrəmanlığın əsasını qoyan amil vətənpərvərlikdir. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Bəlkə də buna görədir ki, tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Eldəniz Ağakişiyev də belə qəhrəman oğullarımızdan biridir.

Ağakişiyev Eldəniz Qaçay oğlu 1959-cu il dekabrın 16-da Ağdam rayonunun Seyidli kəndində anadan olub, Tillər kənd orta məktəbində təhsil alıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayanda Eldəniz Ağakişiyev ilk günlərdən könüllü olaraq rayonda yaradılmış batalyona qoşulub. O, Fərrux, Abdal-Gülablı, Naxçıvanik, Sırxavənd kəndləri uğrunda döyüşlərdə böyük qəhrəmanlıqlar və şücaət göstərib. Sırxavənd uğrunda döyüşlərdə düşmən gülləsindən yaralanan Eldəniz Ağakişiyev 1992-ci il iyulun 3-də dünyasını dəyişib.

Döyüş yoldaşları deyirlər ki, Ağdam rayonuna ermənilərin hücumları başlayan gündən Eldəniz həmişə ön cərgədə düşmənə qarşı vuruşub. Hətta o, lazımi silah-sursat olmadığı zamanlar ov silahları ilə düşmənin qarşısına qorxmadan gedirdi. Eldəniz əsgərlikdə olmamışdı və heç bir hərbi hazırlıq görməmişdi. Lakin torpaqlarımız uğrunda gedən müharibədə qısa müddətdə böyük döyüş təcrübəsi qazanmış və peşəkar döyüşçüyə çevrilmişdi. “Kötəl” batalyonunda vuruşan Eldəniz Ağakişiyev Fərrux, Abdal-Gülablı, Naxçıvanik, Sırxavənd uğrunda döyüşlərdə həm avtomatla, həm də qumbaraatanla böyük igidliklər göstərib. Sırxavənd döyüşündə Eldəniz ön cərgədə vuruşurdu. Düşmənin Sırxavənddən və Kiçan kəndindən çıxarılmasında xüsusi fərqlənib. Kiçan kəndi alındıqdan sonra Eldəniz kəndin ətrafında müdafiə xəttinin qurulmasında yaxından iştirak edib. Fərrux, Qazançı mövqelərinin ələ keçirilməsində onun xidmətləri xüsusilə diqqətə layiq olub. Ağdərə, Sırxavənd-Kiçan əməliyyatında xüsusi hünər göstərib. Lakin bu döyüşdə Eldəniz düşmən gülləsindən ağır yaralanıb və qəhrəmancasına həlak olub. Xüsusilə qeyd etmək lazımdır ki, ağır yaralanan Eldənizin xəstəxanaya yerləşdirildikdən sonra müalicəsi əvvəlcə uğurla aparılsa da, sonradan düşmən güllələrinin zəhərli olduğu məlum olub. Ona görə Eldənizin həyatını xilas etmək mümkün olmayıb. Eldəniz Ağakişiyev Şəhidlər xiyabanında dəfn edilib.

Eldəniz Ağakişiyev Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 iyun tarixli 1552 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Dekabrın 16-sı qəhrəman döyüşçünün doğum günüdür. Yaşasaydı, bu gün 60 yaşını qeyd edəcəkdi. Lakin vətənini, torpağını sevən qəhrəmanımız ən uca zirvəyə – şəhidlik zirvəsinə ucaldı. Biz həmişə qəhrəmanlarımızla fəxr etmişik. Eldəniz Ağakişiyev kimi vətənpərvər oğullarımızın qəhrəmanlıqları gənc nəsilə örnəkdir.

Allah sənə rəhmət etsin şəhidim!

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO