İtaliyada bombaya görə 54 min insan təxliyyə edildi
İtaliyanın canubundakı Brindisi şəhərində İkinci Dünya müharibəsindən qalma partlamamış bombanın zərərisizləşdirilməsi səbəbi ilə 54 min insan təxliyyə edilib.
Rakus.az xəbər verir ki, mütəxəssislər bombanın yerləşdiyi ərazidə italiyalı əsgərlərin köməyi ilə bombanın zərərsizləşdirlməsi üçün robot maşınlardan istifadə edib.
Yerli medianın məlumatına görə buŞ İtaliyada sülh dövründə baş tutmuş ən böyük təxliyə əməliyyatıdır. Belə ki, Brindisi şəhəri əhalisinin 60 faizi bombanın tapıldığı “qırmızı bölgə”-nin 1617 metr radisundakı ərazini boşaltmaq məcburiyyətində qalıb.
Rəsmilərin bildirdiyinə görə, 1941-ci ildə şəhərə atıldığı güman edilən Britaniya bombasının bir metr uzunluğunda olduğu və 40 kq. dinamit ehtiva etdiyi düşünülür. Bomba keçən ay bir kinoteatrda başlayan təmir işləri zamanı təsadüfən aşkar edilib.
Təxliyə əməliyyatı çərçivəsində şəhərin hava limanı, qatar stansiyası, iki xəstəxanası və həbsxanası bağlanaraq evakuasiya olunub.