Səhiyyə 18.12.2019 11:40

Nevrologiya həftəsinin rəsmi açılış mərasimi keçirildi - FOTO

Bakıda Nevrologiya həftəsinin rəsmi açılış mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə çıxış edən Nevroloqların Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva konfransın işinə uğurlar arzu edib.

O, Nevrologiya həftəsi ərzində keçirilən tədbirlərdən danışıb. Sonra nevrologiya sahəsində xidmətləri olmuş şəxslər barədə məlumat verib: “Azərbaycan nevrologiyası artıq yüksək səviyyədədir. Biz nevrologiyanın sabahını gənc, etibarlı nevtoloqların əlində görürük”.

Daha sonra Azərbaycanda nevrologiya sahəsində xidmətləri olan həkimlər haqqında video-çarx nümayiş olunub.

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli bildirib ki, Azərbaycanda tibb elminə və təhsilə göstərilən diqqət və qayğı nəticəsində hər ay böyük elmi konfranslar və tədbirlər keçirilməkdədir: “Azərbaycanda tibb elminə və tibb sahəsinə göstərilən qayğı nəticəsində, demək olar ki, hər ay elmi konfranslar keçirilir. Bu tədbirlər nəticəsində görkəmli, məşhur alimlər Azərbaycana gəlir və onların gəlişi gənc həkimlərin təcrübə və yeniliklərə sahib olmaları üçün çox gözəl imkanlar yaradır”.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov qeyd edib ki, Nevrologiya həftəsi Azərbaycanda bu sahədə çalışanları birləşdirir. O bildirib ki, bu gün dünya elmi multidisiplinar xarakter daşıyır: “Bu gün nevroloqlarla yanaşı digər ixtisasdan olan həkimlər də konfransda iştirak edir. Nevroloqların Milli Assosiyasiyası kadr hazırlığına böyük təkan verir”.

Xatırladaq ki, dekabrın 18-20-də Nevrologiya həftəsi çərçivəsində keçiriləcək konfranslarda Avstriya, Danimarka, Finlandiya, Gürcüstan, Almaniya, İsrail, Qazaxıstan, Rusiya, Tacikistan,Türkiyə, Böyük Britaniya, Ukrayna, Özbəkistan və Qırğız Respublikasından nümayəndələr iştirak edəcəklər. Tədbiri Nevroloqların Milli Assosiasiyası təşkil edib.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO