Qusarda 61 yaşlı sakin hamamda öldü
Qusarın Gədəzeyxur kəndində 61 yaşlı kənd sakini hamamda ölüb.
İstiPress-in şimal bürosunun məlumatına görə, kənd sakini, 61 yaşlı Sveta Dünyaməddin qızı Vəlixanova qızının evində hamamda çimərkən ölü vəziyyətdə tapılıb.
Ailə üzvləri onu dərhal Qusar rayon mərkəzi xəstəxanasına çatdırsalar da yaşlı qadın artıq ölmüş olub. Hadisə yerində rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları işləyir. İlkin olaraq Sveta Vəlixanovanın dəm qazından zəhərləndiyi deyilir.
Qusar rayon prokurorluğu araşdırmalara başlayıb. 61 yaşlı qadının həqiqətən dəm qazından zəhərlənib ölməsi daxili müayinənin-ekspertizanın rəyindən sonra məlum olacaq.
Xatırladaq ki, bu, dekabr ayında dəm qazının səbəb olduğu 2-ci ölüm hadisəsidir. Dekabrın 8-də Qusar şəhər sakini olan 10-cu sinif şagirdi İyera Nifəliyeva dəm qazından hamamda çimərkən boğularaq ölmüşdü.