Yeni planetlərə “ulduz” və “asiman” adları verildi
Norveç Beynəlxalq Astronomiya İttifaqının 100 illiyinin bayram edilməsi çərçivəsində cırtdan ulduza və onun ətrafında fırlanan planetə saam dilində “ulduz” və “asiman” adları verib.
Rakus.az xəbər verir ki, Yerdən 200 işıq ili məsafədə yerləşən “HD 68988” ulduzu bu həftədən etibarən rəsmən Nasti (Násti saamların dilində ulduz deməkdir), “HD 68988” planeti isə Albmi (saam dilində cənnət deməkdir) adlandırılacaq.
Norveç yeni kəşf edilmiş ulduzlara və planetlərə adların verilməsinə cavabdeh olan orqanın – Beynəlxalq Astronomiya İttifaqının 100 illiyi şərəfinə yeni planet və ulduzları adlandırmaq üçün icazəsi olan 116 ölkədən biridir.
Xatırladaq ki, 2019-cu ildə 112 ölkə milli kampaniyalar təşkil edib. Həmin kampaniyalarda bütün dünya üzrə 780 min insan iştirak edib. Saam adları 824 təklif içindən seçilib.