Tbilisidə Nəsiminin yubileyi qeyd olundu
Tbilisidə böyük Azərbaycan şairi və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Rakus.az xəbər verir ki, Gürcüstanda yaşayan azərbaycanlı ziyalılar və elm xadimlərinin iştirak ilə keçirilən tədbir Azərbaycanın Gürcüstandakı səfirliyində baş tutub.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov bildirib ki, İ. Nəsimi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük sənətkarlardan biridir və onun yaradıcılığı artıq Azərbaycan xalqının milli mənəvi dəyərlərinin ayrılmaz hissəsinə çevrilib: “Nəsiminin yaradıcılığının mili mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsinə çevrilib. 2017-ci ilin mayında Parisdə UNESKO-nun Baş Qərargahında Nəsiminin yubileyinin qeyd ediməsi, 2018 ci ilin sentyabrda Nəsimi şeir festivalının keçirilməsi ölməz şairin xatirəsinin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır”.
Tədbir iştirakçıları daha sonra İ.Nəsiminin həyat və yaradıcılığı, fəlsəfəsi, sufi dünya görüşü ilə bağlı müzakirələr aparıblar.
Tədbirdə İ. Nəsiminin yaradıclığına həsr edilmiş videoçarxlar nümayiş olunub.