Müğənnilər pullarını hara və nəyə xərcləyirlər – SORĞU
Azərbaycan müğənniləri qazandıqları pulları hara və nəyə xərclədiklərini açıqlayıblar.
Rakus.az xəbər verir ki, ifaçılar bununla bağlı fikirlərini belə bildiriblər:
Əməkdar artist Elza Seyidcahan “Pulumu planla xərcləmirəm. Kimə, hara qismətdi ona da gedir” cavabını verib.
Müğənni Şəbnəm Tovuzlu isə bildirib ki, daha çox kürlərə pul xərcləyir: “Çox pul xərcləyənəm. Qızıl alıram, amma taxmıram. Bir də kürkə pul verməyə dəyər. 17 ədəd kürküm var, hamısına da yaxşı pul vermişəm”.
Meyxanaçı Namiq Qaraçuxurlu “Aylıq məvaciblərə gedir pulum. Yaxınlarımın, əzizlərimin problemini həll etməyə gedir” deyib.
Rəqqasə Renka isə bütün pullarını rəqs paltarlarına xərclədiyini açıqlayıb.
Müğənni Elnarə Xəlilova isə geyimə çox pul verməyi sevmədiyini söyləyib: “Ayaqqabıma 50 manat pul vermişəm, çünki geyinməliyəm. Amma məni öldürsələr də ondan artıq pul vermərəm. Onsuz yerə dəyir. Amma əyləncəyə nə qədər desəniz, pul xərcləyərəm”.
Müğənni Emil Bədəlov: “Ailəmin xərcləri var, onlara gedir”.
Müğənni Gülay Zeynallı “Xərcim ən çox geyimlərə gedir. Çanta və ayaqqabı çox alıram” deyə, əlavə edib.
Müğənni Dilarə Kazımova: “Geyimə xərcləyirəm. Çox bahalı geyimləri sevirəm”.