Dünya 25.12.2019 22:48

Roma Papası ənənəvi Milad xeyir-duasını etdi

Roma Papası Fransis Müqəddəs Pyotr Bazilikasının mərkəzi eyvanından ənənəvi “Urbi və Orbi” Milad xeyir-duasında dünyanın “iqtisadi, geosiyasi və ekoloji qarşıdurmalar səbəbi ilə qaranlıq olduğu” bir çox yerlərini düşündüyünü, lakin “Məsihin işığı”nın bütün bunlardan daha böyük olduğunu bildirib.

Rakus.az xəbər verir ki, Papa Fransis Yaxın Şərqdəki müharibə və münaqişələrdən əziyyət çəkən çox sayda uşaqdan danışaraq, Suriya, Livan və İraqı xatırladıb. “Davamlı ictimai və siyasi vəziyyətlərdə tez-tez insanlarığ evlərindən və ailələrindən məhrum edərək köçməyə məcbur olur” deyən Papa Afrika xalqlarının bu gününkü durumunu dəyərləndirib.

Roma Papası bundan öncə çərşənbə axşamı gecə yarısı dünyanın 1.3 milyard katolik xristianlarının qeyd etdiyi Milad bayramı münasibətilə dua mərasimində iştirak edib. İsa peyğəmbərin doğum gününü xatırladan Papa “Allah hamımızı, hətta ən pisimizi də sevməyə davam edir”, deyə bildirib.

Onun Müqəddəs Pyotr kilsəsində təntənəli Milad Bayramı müraciətini minlərlə insan canlı, yüzlərlə insan isə ekran önündə izləyib.

Papa Fransis öz xütbəsində insanları öz uğursuzluqları və kilsənin səhvlərinə görə Allahın sevgisini qəbul etməkdən imtina edilməsinə yol verməməyə çağırıb.

“Milad bizə xatırladır ki, Allah bizi, hətta ən pis olanı da sevməyə davam edir. O, bu gün mənə, sənə, hər birimizə, deyir: “Səni sevirəm, çünki mənim gözlərimdə çox dəyərlisən”. Allah səni düzgün düşündüyün və hərəkət etdiyin üçün sevmir. O səni heç nə olmadan sadəcə sevir. Onun sevgisi qeyd-şərtsizdir, bu səndən asılı deyil. Səhv fikirlərə sahib ola bilərsən, ola bilər ki, hər şeyi korlayasan, amma Rəbb səni sevməyə davam edir. Biz tez-tez düşünürük ki, yaxşı olarıqsa Allah bizi sevər, pis olarıqsa, cəzalandırar. Ancaq o belə deyil” – deyə, Papa müraciətində vurğulayıb.

Papa bu il kilsəni ağır vəziyyətə gətirən mübahisələrə, o cümlədən Vatikanın da iştirak etdiyi on illərlə davam edən ruhanilərin cinsi istismar qalmaqallarına və maliyyə pozuntularına da toxunub.

83 yaşlı Fransis çərşənbə günü Müqəddəs Pyotr kilsəsinin eyvanında hər il olduğu kimi “Urbi et Orbi” Milad Günü nitqini meydandakı minlərlə ziyarətçiyə çatdıracaq.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO