Moqadişuda partlayışda 76 nəfər öldü - FOTO
Moqadişunun Aamin Təcili Tibbi Yardım Xidməti bildirir ki, şəhərin cənub-qərb hissəsindəki işlək yol kəsişməsində böyük maşın bombasının partlaması nəticəsində azı 76 nəfər ölüb, onlarla insan yaralanıb.
Rakus.az xəbər verir ki, ölənlərinin sayının artacağı gözlənilir və bəzi rəsmilər 90 nəfərin öldüyünü söyləyir.
Şahidlərin dediyinə görə, partlayış Moqadişuya daxil olan və tərk edən avtomobillərin istifadə etdiyi yol kəsişməsindəki nəxarət-buraxılış məntəqəsində baş verib. Polis zabiti bombanın yük maşınına yerləşdirildiyini bildirib.
İlkin məlumatlarda partlayıcılarla dolu bir maşının yol kəsişməsində avtomobillərin yol pulu ödəmək üçün dayandıqları vergi idarəsini hədəf aldığını bildirilmişdi.
Patlayışın məsuliyyətini hələlik üzərinə götürən olmayıb. Lakin, “Əl-Qaidə” ilə əlaqəsi olan Əl-Şəbab terror qrupu keçmişdə bənzər hücumlar həyata keçirib.