Səhiyyə 31.12.2019 07:17

Süd verən analar necə qidalanmalıdır – MƏSLƏHƏT

Bütün analar və analığa namizədlər artıq ana südünün körpənin sağlam böyüməsində ən düzgün və ən təbii qidalanma üsulu olduğu barədə yetərincə məlumatlıdırlar.

Rakus.az xəbər verir ki, süd əmizdirmənin ananın özünə faydaları şxdur. Bu, uşaqlığın bərpa müddətini qısaldır, qanaxma riskini azaldır. Doğuşdan sonra hamilə qalma ehtimalını minimuma endirir. Anaların çoxu əmizdirmə dövründə aybaşı görmürlər. Buna səbəb süd ifrazına cavabdeh prolaktin hormonu və menstrual tsiklə cavabdeh estrogen və progesteron hormonlarıdır.

Bundan əlavə, əmizdirmə hamiləlikdə alınan artıq çəkidən qurtulmağa da kömək edir. Süd vəzi və yumurtalıqların xərçənginə, menapauza dövründə osteoporoz xəstəliyinə tutulma riskini aşağı salır.

Süd artıran qidalarla bağlı tövsiyələr bunlardır:

Laktasiya dövründə bol su için. Bədənin susuz qalması süd ifrazına da mənfi təsir göstərir. Ona görə günə 3 litrədək su içməyə diqqət edin.

Yaşıl tərəvəzlər, göyərtilər tərkiblərindəki fitoestrogen hesabına süd artımına səbəb olan hormonların istehsalına kömək edir.

Yulaf – xolesterol səviyyəsini azaldan və qan təzyiqini normallaşdıran yulaf həm də süd artırma özəlliyinə sahibdir. Yulaf həm də gün boyu enerjini yüksəkdə tutur və stressi azaldır. Oksitosin, prolaktin ifrazında da yaxından iştirak edir.

Kök – yaşıl tərəvəzlər kimi fitoestrogen mənbəyi olan kök həm də bütün və A, C vitaminləri ilə zəngindir. Bu da ana südünün keyfiyyətinin artırılmasına kömək edir.

Qaysı, əncir, xurma-həm təzə, həm qurudulmuş halda qəbul edə bilərsiniz. Lif, potasium və kalsiumla zəngin bu meyvələr süd artımında əvəzedilməz rol oynayırlar. Qaysı həm də triptofanla zəngindir. Bu da yenə prolaktin ifrazında yaxından iştirak edir.

Razyana – fitoestrogen tərkibli bu bitki analara süd artımında 1 nömrəli yardımçıdır. İstər təzə razyana yarpaqlarını yeməklərinizə qatın, istər toxumunu dəmləyib için, bu, həm süd artımına kömək edəcək, həm də körpənin həzm sisteminə faydalı olacaq.

Çərəzlər kalsiumla zəngindirlər və süd keyfiyyətini yüksəldirlər.

Ginekoloq analara gecə əmizdirməsini ötürməməyi də tövsiyə edib: “Süd istehsalına cavabdeh prolaktin gecələr ifraz olunur”.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO