Türkiyə polisi İŞİD ilə əlaqəsi olan 124 nəfəri həbs etdi
Yeni İl şənliklərinin keçirildiyi bir vaxt Türkiyə polisi İŞİD ilə əlaqəsi olmaqda şübhəli bilinən azı 124 nəfəri həbs edib.
Rakus.az xəbər verir ki, Antiterror Polisi və Milli Kəşfiyyat Agentliyinin Ankarada keçirdiyi birgə əməliyyatı zamanı 33 xarici vətəndaşın həbs edildiyini bildirib.
Digər məlumatdda deyilib ki, polisin eyni vaxt səhər tezdən Türkiyənin cənubundakı Batman şəhərində keçirdiyi reydlər zamanı 22 şübhəli həbs edilib. Reydlərin eləcə də Adana, Kayseri, Samsun və Bursa şəhərlərində də keçirildiyi və 6 nəfər xarici vətəndaşın tutulduğu deyilib.
Anadolu xəbər agentliyi Ankarada İslam Dövləti qrupunun üzvləri olmaqda şübhələnərək, həbs edilənlərin İraq. Suriya və Mərakeşdən olduqlarını, polisin hələ də 17 nəfər şübhəlini axtardığını bildirib.
2015-16-cı illərdə Türkiyədə 300-dən çox insanın həyatına son qoyan hücumlarda İslam Dövləti qrupunun üzvləri və kürd militantları günahlandırılır.
İslam Dövləti qrupu həmçinin 2017-ci ildə ilk Yeni İl şənlikləri zamanı 39 nəfərin ölümü ilə nəticələnən İstanbulun gecə klubuna edilən hücumun məsuliyyətini öz üzərinə götürüb.
Bu arada Türkiyə 2019-cu ildə İslam Dövləti və digər islamçı qrupların üzvləri olmaqla, ümumilikdə 778 cihadçını vətəninə qaytarıb. Bu barədə bazar günü polis naziri Süleyman Soylu bildirib.