“Pole çudes”də Azərbaycan şöləni – “Sarı gəlin” və “Bayati-Şiraz” muğamı - VİDEO
Aparıcı Rahib Azəri Rusiyanın “Birinci kanal”ında yayımlanan məşhur “Pole çudes” verilişinin qonağı olub.
Rakus.az xəbər verir ki, o, Yeni il buraxılışına qatılıb və yarışmada iştirak edib.
İlk mərhələdə aparıcı Leonid Yakuboviçin suallarına düzgün cavab verən R.Azəri finala keçə bilib. O, finalda qalib gələrək, super oyuna razılaşıb.
Amma aparıcı sonda uduzub və avtomobili qazana bilməyib. Əvəzində isə Rahib Azəriyə kompüter verilib.
Veriliş boyunca studiyaya aparıcı tərəfindən Azərbaycanla bağlı müxtəlif hədiyyələr gətirilib. Onlar arasında armudu stəkanlar, xəncər, şah plov, ləvəngi, qutab, dolma, paxlava, şəkərbura yer alıblar.
Daha sonra verilişdə “Natiq” ritm qrupu mahnı səsləndirib. Nağara və balabanda “Sarı gəlin” xalq mahnısı ifa edilib və müğənni Tacir Şahmalıoğlunun uşaq ikən ifa etdiyi “Bayati-Şiraz” muğamı təqdim olunub.