Batareyasız işləyən ən kiçik biosensor hazırlandı
Alimlər qrupu tərəfindən hazırlanmış batareyasız işləyən ən kiçik biosensor müxtəlif orqanların vəziyyəti haqqında məlumatlar toplamağa imkan verəcək və batareyanın enerji ilə doldurulmasına ehtiyac yoxdur. Bu haqda Sinqapur Milli Universitetinin mühəndislərinin araşdırmasında deyilir.
Rakus.az xəbər verir ki, hazırda mövcud olan biosensorların ölçüsü olduqca böyükdür və onlar akkumulyatorla işləyirlər ki, bu da həkimləri qurğunu və onun akkumulyatorunu orqanizmdən çıxartmaq üçün cərrahi müdaxilədən istifadəyə məcbur edir.
Möhkəm metal elektrolit əsasında işləyən və kənar enerji mənbəyindən qidalanan biosensorlar belə qurğulara alternativ hesab edilirlər.
Alimlər tərəfindən hazırlanmış biosensorun ölçüsü analoqlarından bir neçə dəfə kiçikdir və mövcud biosensorlardan üç dəfə daha həssasdır.
Siçovullar üzərində keçirilmiş sınaq nəticəsində məlum olub ki, biosensor tənəffüs və ürək döyüntülərinin tezliyinə effektiv nəzarət etmək qabiliyyətinə malikdir. (hightech.fm)