Fələstində “Fətah” hərəkatının 55 illiyi qeyd olunur
Fələstin Prezidenti Mahmud Abbasın “Fətah” hərəkatının minlərlə tərəfdarı partiyanın 55-ci il dönümünü qeyd etmək üçün toplaşıblar.
Rakus.az xəbər verir ki, “Fətah” hərəkatı Qəzzanın nəzarəti əlində olan “Həmas” üsyançıları ilə rəqibDir.
“Fətah”ın müxtəlif bölgələrdən gələn tərəfdarları sarı” Fətah” bayraqlarını dalğalandıraraq, mərhum Yasir Ərəfatın təməlini qoyduğu hərəkatın ildönümünü qeyd etmək üçün Qəzza şəhərində toplaşıb.
Bəzilərinin əlində keçmiş və hazırkı siyasi liderin şəkilləri olub.
İordan çayının Qərb Sahilində fəaliyyət göstərən “Fətah” onlarla tərəfdarının keçən il Həmas hakimiyyəti tərəfindən həbs edilməsindən sonra ildönümü tədbirini təxirə salmışdı.
Həmas liderinin sözlərinə görə, Qəzzadakı Daxili İşlər Nazirliyi çərşənbə günü mitinqin keçirilməsinə icazə verib.
İslamçı Həmas hərəkatı 2007-ci ildə Qəzzanın nəzarətini Mahmud Abbasın qüvvələrindən alıb. Nəticədə bölgə iki yerə bölünüb və Fələstin prezidenti İordan çayının Qərb Sahilinin işğal olunmuş hissəsinə nəzarət edir.