İran XİN ABŞ-ı beynəlxalq terrorçuluqda təqsirləndirdi
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsini beynəlxalq terror aktı adlandırıb.
Rakus.az xəbər verir ki, nazir Twitter səhifəsindəki açıqlamasında, həmçinin iranlı generalın qətlə yetirilməsinin bütün nəticələrinə görə məsuliyyətin ABŞ-ın üzərinə düşəcəyini qeyd edib.
Xatırladaq ki, “Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani yanvarın 2-də axşam Bağdad aeroportu rayonuna endirilən raket zərbəsi nəticəsində həlak olub. Onunla birlikdə İraqın “Əl-Xaşd əş-Şaabi” şiə könüllülərinin bir sıra liderləri də öldürülüb, 12 hərbçi yaralanıb.
İranlı generalın öldürülməsindən sonra ABŞ Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.