Türkiyə ABŞ və İran arasında münaqişənin dərinləşməsindən narahatdır - VİDEO
CNN Turk telekanalının efirində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsahibə verib.
Rakus.az xəbər verir ki, prezident jurnalstlərin bir sıra gündəmdəki məsələlərlə bağlı suallarını cavablandırıb. Bu suallardan biri İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, general Qasım Süleymaninin öldürülməsi ilə bağlı olub.
Prezident bildirb ki, Süleymani İran, İraq, Suriya – bölgənin önəmli siması olub. O Xamneyi tərəfindən təqdirə layiq blinmiş komandanı olub. Və məhs onun kimi önəmli birnin seçilib öldürülməsi bölgədə münaqişə yarada bilər ki, Türkiyə münaqişənin dərinləşməsindən narahatdır.
“Biz regionumuzda qeyri-sabitlik riskini artıran ABŞ-la İran arasındakı vəziyyətin inkişafını narahatlıqla izləyirik. ABŞ və İran arasında vaxtaşırı gərginlik yaranır. Bu, çat verə bilər. Fikirləşməyə dəyər: o, hara apara bilər?”, – Türkiyənin dövlət başçısı deyib.
“Buralara 33 min tır silah gətirilmişdir və ücretsiz olaraq teror təşkilatlarına verilmişdir. Əgər bir terorist gözü ilə baxırsan, onda bu teroristlərə verdiyniz dəstək nə. Amma bir terorist deyil, İranın generalı olaraq dəyərləndirirsən, onda buna nə demək olar. Yəni bunlara anlam vermək, şəxsən mənə çətindir.” – Tayyib Ərdoğan general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib. Müsahibənin bu bölmünü təqdim edirik: