Bunları bilirsinizmi?
“Stress həyatımızın bir parçasıdır, amma həddindən artıq stress zamanı əsasən ürək xəstəliyi, yüksək təzyiq, sinədə ağrı və ürək döyüntüsü kimi hallar baş verə bilər. Bu, o deməkdir ki, sağlamlığınızla bağlı ciddi problemlər yaranır”.
Rakus.az xəbər verir ki, bunu nevroloq həkim Nərgiz Ağayeva bildirib.
Mütəxəssis deyib ki, stress həyat keyfiyyətinə ciddi mənfi təsir edir: “Buna imkan verməyin, ölüm, yaxınlarımızın xəstələnməsi, bəzən hətta pulsuzluq belə bizi elə bir stress halına salır ki, öz sağlamlığımızı da unuduruq.
Baş gicəllənməsi, ümumi ağrı, diş qıcamaq, çənə sıxmaq, həzmsizlik, baş ağrısı, əzələ gərginliyi, yuxu problemləri, ürək döyüntüsü, qulaqda cingilti, yorğunluq, tükənmək hissi, titrəmə, çəkinin azalması və ya artması kimi fiziki əlamətlər, ağlamaq, depressiya, əsəbilik, neqativ düşünmək, konsentrasiya problemləri, unutqanlıq kimi emosional əlamətlərin yaranmasını hiss edirsinizsə, stressinizi azaltma yönündə hərəkət etməlisiniz.
Stresslə mübarizə aparmasanız, sağlamlıqla bağlı problemlər daha tez-tez təkrarlanacaq.
Bu isə ciddi xəstəliklərin təməli ola bilər”.
Həkim qeyd edib ki, stressə qalib gəlmək üçün ən azı bunları edin:
Qidalanmanıza fikir verin, qədərini itirməyin, stressdən qurtulmaq üçün əsla spirtli içki və həddindən artıq yemək kimi pis vərdişləri etməyin. Mütəmadi olaraq fiziki məşq edin, təmiz havada ən az 30 dəqiqə piyada gəzin, dərindən nəfəs alın. Hər gün mütləq dincəlmək üçün özünüzə vaxt ayırın…