Səhiyyə 11.01.2020 20:20

Bunları bilirsinizmi?

Televiziya, internet və kompyuter texnologiyalarının inkişaf etdiyi və sürətlə yayıldığı  indiki vaxtda dünyada hər üç nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir.

Rakus.az xəbər verir ki, bu, yaxını görmə – miopiya xəstəliyindən gedir. Hazırda şagirdlərin 20%-i, tələbələrin 40%-ində bu xəstəliyə rast gəlinir.

Miopiya elə göz xəstəliyidir ki, təsvirin tor qişada deyil, onun önündə fokuslaşması nəticəsində uzaqda yerləşən əşyalar yayılmış və qarışıq görünür. Yaxında yerləşən əşyalara baxanda isə heç bir problem olmur: miopiyalı insan yaxını daha yaxşı görür, elə buradan da xəstəliyin adı yaranıb – yaxından görmə. Xəstəlik göz almasının forma və ölçüsü dəyişdikdə əmələ gəlir – göz, öz normal (sferik) formasını dəyişərək uzanır, ovallaşır.

Miopiyanın əsas əlaməti uzağı görmənin zəifləməsidir: uzaqdakı əşyalar yayılmış görünür, dəqiq olmur. Bununla belə, təsvirin dəqiqliyini artırmaq üçün insan gözünü qıymağa başlayır. Xəstəliyin adı da məhz burdan yaranıb-yunan dilində “miopia” gözlərini qıyan deməkdir. Yaxından görmənin simptomlarına yüksək görmə yorulmasını və uzun müddət gərgin işlədikdə baş ağrılarını da aid etmək olar.

Xəstəliyin yaranma səbəbləri daha çox aşağıdakı kimi təsnifləşdirilir:

İrsiyyət: Əgər hər iki valideyndə bu xəstəlik varsa, o zaman 18 yaşa çatmamış uşaqlarda xəstəliyin 50% əmələ gəlmə riski var. Əksinə, hər iki valideyn yaxşı görürsə, onların uşaqlarında miopiya ən çox 10% hallarda ola bilər.

Damar amilləri: bəzən miopiya gözün qan təminatı pozulduqda, müxtəlif xəstəliklər fonunda əmələ gəlir.

Yaxın məsafəli intensiv görmə yükləmələri: miopiyanın inkişafı ən çox məktəb və tələbəlik illərində baş verir, çünki məhz bu vaxt gözlər gərgin işləyir.

Keyfiyyətsiz qidalanma: rasionda vitaminlər və mikroelementlər olmadıqda, göz qişasının (skleranın) toxumalarının sintezi və işıq qəbulu düzgün baş vermir. Gözün çox yüklənməsi, məsələn, kifayət qədər işıqlanma olmadıqda hansısa obyektə yaxın məsafədən baxdıqda, düzgün olmayan pozalarda yazı və ya oxu da miopiyanın inkişafına səbəb ola bilər.

Miopiyanın dərəcələri

Xəstəliyin aşağıdakı dərəcələri olur:

1. Zəif dərəcəli miopiya (3 dioptriyaya qədər)

2. Orta dərəcəli miopiya (3-6 dioptriya)

3. Ağır dərəcəli miopiya (6 və daha çox dioptriya)

Bundan başqa, proqressivləşən miopiya var – göz zəifləməsi sürətlə baş verərək hər il bir dioptriyadan çox miqdarda zəifləyir. Bu hal ciddi pozulmalara səbəb ola bilər və bəzən cərrahi müdaxilə tələb edir.

Göz almasının uzanması nəticəsində yaxından görmənin ağırlaşmalarına bir sıra halları da aid etmək olar. Bu zaman göz toxumalarının qidalanması pozulur, torlu qişada distrofik dəyişikliklər, onun dağılması və laylanması baş verər, torlu qişanın laylanması korluğa səbəb ola bilər.

Müalicəsi

Miopiyanın müalicəsini iki hissəyə bölmək olar: korreksiya və birbaşa müalicə.

Müalicəyə medikamentoz terapiya daxildir: həb və damcı şəklində vitaminlər, qan dövranını yaxşılaşdıran vasitələr, fizioterapevtik üsullar, göz gimnastikası.

Miopiyanın korreksiyasını eynəklərlə (yumşaq, bərk və gecə), kontakt linzalarıyla və lazer üsullarla (Lasik) həyata keçirirlər. Bura, həmçinin, intraokulyar linzalarla (linzanı göz daxilinə yerləşdirirlər) və keratotomiya ilə korreksiyanı aid etmək olar.

Hər üsulun öz müsbət və mənfi cəhətləri, göstəriş və əks göstərişləri, fəsadları var. Lakin hamısının prinsipi eynidir – gözün optik sistemi elə dəyişilməlidir ki, əşyanın təsviri tor qişaya düşsün.

Özünüzdə yaxından görmə simptomlarını aşkar etsəniz, ilk növbədə, həkim-oftalmoloqa müraciət edin, optika mağazalarında çalışanlara yox. Çünki optika mağazalarında  məsləhət verənlər əksər halda ali təhsilli olmurlar. Yanlış məsləhət isə gözlərinizə daha çox zərər verə bilər.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS