Əcnəbi vətəndaşlar tüstüdən boğularaq öldü - FOTO - VİDEO
Bakının Səbail rayonunda 3 nəfər əcnəbi ölkənin vətəndaşı tüstüdən boğularaq ölüb.
Rakus.az xəbər verir ki, bədbəxt hadisə Xanlar küçəsi 60, mənzil 9 ünvanında baş verib.
Səbail RPİ-dən verilən məlumata görə, yanğın çamadandan başlayıb. Elektrik qısaqapanması nəticəsində çamadan yanıb və yatmış vəziyyətdə olan üç nəfər Şri-Lanka vətəndaşları tüstüdən boğularaq ölüb. Bunlar 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir. Həmin üç qız Qərbi Xəzər Universitetinin tələbələri olub.
Tələbə qızlar iki aydır ki, həmin mənzildə məskunlaşıblar. Onların meyitləri müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.
Xatırladaq ki, yanğını ilk olaraq qonşulardan biri görüb və həmin şəxs tələbə qızların qaldığı mənzilin pəncərəsini sındıraraq onlara kömək etmək istəyib. Ancaq artıq gec olub, qızlar yatmış vəziyyətdə zəhərlənərək ölüblər. (apa.az)