Bunları bilirsinizmi?
Bel ağrılarının aradan qaldırılması, onlara səbəb olan dik yırtıqlarının müalicəsində idman hərəkətlərinin rolu çox önəmli sayılır.
Rakus.az xəbər verir ki, düzgün idman hərəkətləri etməklə ağrılardan qurtulanlar, disk problemlərini aradan qaldıranlar yetərincədir.
Bel ağrısı və bel yırtığının profilaktikası üçün tövsiyə olunan idman hərəkətləri bunlardır:
1. Arxası üstə uzanaraq dizləri əymədən qaldırıb, endirin. Bir ayaqla edib, biri yorulana qədər edin. Sonra digər ayaqla eyni hərəkəti davam edin.
2. Dizlər bükülü, əllər yanda baş və çiyini qaldırın və sonra yenidən uzanın.
3. Dizlər bükülü, əllər yanda belini və arxanı qaldırın və endirin.
4. Dizlər bükülü halda, dizlərinizi özünüzə çəkib buraxın.
5. Əllər beldə və ya əllər yanda başınızı və gövdənizi qaldırıb, endirin.
6. Əllər yanda dizləri bükmədən ayağınızı qaldırıb, endirin. Bir ayaq yorulanda digər ayağa keçin.
Bu idmanları edərkən aşağıdakılara diqqət etmək lazımdır:
Bel fəqərə disk yırtığı olan insanlar: xəstəliyin kəskin ağrılı müddətində bu hərəkətlərə başlamamalıdır, istirahətə üstünlük verməlidirlər.
İdmana başlandığınız ilk gündən etibarən çox erkən bir yaxşılaşma gözlənməməli, səbrlə hərəkətlərə davam edilməlidir. Hərəkətlərin sayı gündən-günə yavaş-yavaş artırılmalıdır. Başlanğıcda normadan çox edilərək daha pis vəziyyətə düşməkdən qaçmaq lazımdır.
Əgər həkiminiz başqa bir şəkildə tövsiyə etməyibsə, ilk bir ay hər hərəkəti gündə beş dəfə edin. Daha sonra hər ay hərəkətləri beş-beş artıraraq davam edin.
Hərəkətləri edən zaman və ya sonra mövcud olan ağrının artmaması lazımdır. Buna görə də idman sonrası şiddətli və 15 dəqiqədən çox davam edən bir narahatlıq ortaya çıxarsa, həkimə bildirilməlidir.
Narahatlıq bir saatdan çox davam edərsə, o hərəkət proqramdan çıxarılmalıdır.
Bel fəqərə disk yırtığı əməliyyatı olanlar əməliyyatdan üç həftə keçməmiş idmana başlamamalı. Bu müddətdən sonra başlayaraq, hər hərəkətin sayını yavaş-yavaş artırmalıdırlar.