Mədəni 16.01.2020 01:12

Azərbaycanlı balet ulduzu Riqada baş rol ifa etdi - FOTO

Latviyanın paytaxtı Riqanın “VEF” mədəniyyət sarayında həmyerlimiz Ülvi Əzizovun rol aldığı “Şelkunçik” baleti təqdim olunub.

Rakus.az xəbər verir ki, “Etoile Ballet Gala” layihəsi çərçivəsində izlənilən səhnə əsərində Moskvanın məşhur “Klassik balet” teatrının artistləri də çıxış ediblər.

Andreya Mota və Ülvi Əzizovun baş rolları ifa etdiyi baletdə bütün heyətin məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, balet maraqla qarşılanıb.

Bakı Xoreoqrafiya Məktəbinin məzunu olan Ülvi Əzizov Türkiyədə də balet ustası kimi təkmilləşib. Dünya şöhrətli Yuri Qriqoroviçin təşkil etdiyi “Dünyanın gənc baleti” müsabiqəsində (2006) xüsusi mükafata layiq görülən həmyerlimiz, hər zaman səhnədə məharətli çıxışları ilə yadda qalır. Tanınmış balet ustası V.Pisarev onu “Dünya baletinin ulduzları” qala-konsertində iştirak etmək üçün dəvət edib. Ü.Əzizov Fransa, İtaliya, Yunanıstan, Rusiya, Ukrayna, Finlandiya, Çexiya, Almaniya və başqa ölkələrin balet teatrlarında böyük uğurla çıxış edir. 2009-cu ildə R.Nureyev adına XVI Beynəlxalq Balet Festivalında Ü.Əzizov “Balet sənətinin inkişafına verdiyi töhfələr və yüksək professional sənətkarlığa görə” mükafatı ilə təltif olunub.

O, “Don Kixot”, “Bayaderka”, “Korsar”, “Jizel”, “Yatmış gözəl”, “Qu gölü” və digər klassik balet tamaşalarında parlaq obrazlar yaradıb. Latviya baletsevərləri də Ü.Əzizovu yaxşı tanıyırlar. Onun Latviyanın balet səhnələrində müntəzəm olaraq müxtəlif tamaşa və qala-konsertlərdə çıxışı, bir qayda olaraq müvəffəqiyyətlə keçir və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO