Dünya 17.01.2020 13:50

Yaponiyada dəhşətli zəlzələnin 25-ci ildönümü qeyd edilir - FOTO

Yanvarın 17-də Yaponiyanın qərbində yerləşən Hyoqo prefekturasında 6434 nəfərin ölümü ilə nəticələnən dəhşətli zəlzələnin 25-ci ildönümü qeyd edilir.

Rakus.az xəbər verir ki,  Böyük Hanşin-Avaci adı almış zəlzələ 1995-ci il yanvarın 17-də baş verib.

Təbii fəlakətin 25-ci ildönümü ilə əlaqədar prefekturanın mərkəzi şəhəri olan Kobedəki Hiqaşiyuençi parkında bambuk ağacından fənərlər quraşdırılıb. Həmin fənərlər 1 və 17 rəqəmlərini, həmçinin yapon dilində “Kizamu” (“Xatirə”) sözünü əks etdirib.

Şəhərin müxtəlif yerlərində keçirilən anım tədbirlərinə vəliəhd-şahzadə Akişino və onun həyat yoldaşı şahzadə Kiko da qatılıblar.

Mərasim iştirakçıları həmin parkda ucaldılmış və üzərində zəlzələ zamanı həlak olanların adları həkk olunmuş abidənin önünə çiçək dəstələri düzüblər.

Böyük Hanşin-Avazi zəlzələsinin episentri Yapon dənizindəki Avazi adasının şimalında olsa da, əsas zərbə sahildə yerləşən Kobe şəhərinə dəyib. Yeraltı təkanlar səhər tezdən, sübh saatlarında insanlar hələ yataqda olarkən baş verib. Zəlzələ nəticəsində 40 minədək insan yaralanıb, 640 min evə xəsarət dəyib ki, onların da təqribən 100 mini tamamilə dağılıb.

İnsanların daha çox həlak olmasının əsas səbəbi kimi həmin vaxt hələ də istifadə edilən köhnə taxta evlər göstərilir. Məhz bu zəlzələdən sonra Yaponiyada seysmik baxımdan təhlükəsiz evlərin inşa olunmasına başlanıldığı qeyd edilir. (Azərtac)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS