Səhiyyə 21.01.2020 20:20

Bunları bilirsinizmi?

Qadınları ən çox narahat edən problemlərdən biri də sidiyi saxlaya bilməmək sayılır. 

Rakus.az xəbər verir ki, gündüz saatlarında, oyaq olan dövrdə istək xaricində sidik ifrazı baş verirsə, bu, sidiyi  saxlaya bilməmək adlandırılır.

Bu problem necə yaranır? Belə problemlə üzləşəndə nə etmək lazımdır?

Həkimlərin bununla bağlı fikirləri belədir:

Diaqnozunda sidik saxlaya bilməməyin miqdarı yoxdur: çünki gündəlik bez istifadə etmək məcburiyyətində olmasına baxmayaraq, şikayət etməyən qadınlarla bərabər, damcı şəklində və ya seyrək sidik saxlaya bilməməyi böyük problem olaraq görən qadınlar da var. Sidik saxlaya bilməmək probleminin böyüklüyü qadının sosial statusu ilə çox sıx əlaqədardır. Kənd şəraitində yaşayan qadınlar bu problem yaşla bağlı təbii proses kimi dəyərləndirib həkimə müraciət etmirlər. Şəhərlərdə yaşayan, xüsusən işləyən qadınlarda sidik saxlamazlıq dərin depressiya, təklik duyğusu və sosial münasibətlərdə daralmaya (sidik qoxusu, islanma hissi) yol açmaqla daha erkən vaxtlarda həkimə müraciətə səbəb olmaqdadır.

Qadınların 25 faizində həyatlarının hər hansı bir dövründə sidik saxlamazlığı olur. Sidik saxlamazlıq adətən qadınlar tərəfindən gizlədilən və utanılacaq bir əlamət kimi qarşımıza çıxır. Bir araşdırmada sidik saxlamazlığı olan qadınların 70 %-i həkimə başqa səbəblə müraciət etdiyi halda müayinə və anamnez toplanması zamanı sidik saxlamazlığın təyin edildiyi göstərilir. Qadın ömrünün uzanması ilə problem daha da böyüyür.

Sidik saxlamazlıq 3 əsas qrupa ayrılır:

Həqiqi stress sidik saxlamazlıq (əzələ və sinir gücsüzlüyü ilə əlaqədar)

Detrusor əzələnin qeyri-stabilliyi (sidik kisəsinin kontrol edilə bilinməyən yığılması)

Qarışıq (hər iki halın birlikdə olması)

Həqiqi stress sidik saxlamazlığa daha çox doğmuş qadınlar arasında rast gəlinir. Qasığın əzələ və sinirlərinin doğuş sırasında zədələnməsi öskürmə, asqırma, gülmə, pilləkən çıxma, yük daşıma, cinsi əlaqə zamanı qarın daxili təzyiqin artması nəticəsində xəstədə sidik ifrazının baş verməsinə səbəb olur. Müalicəsi adətən cərrahidir. Fiziki müalicə (qasıq əzələlərinin möhkəmləndirilməsi), elektriklə qıcıqlandırma ( stimulasiya ), menopauzadakı qadınlarda isə hormonal müalicə də bəzən aparıla bilər.

Detrusor əzələnin qeyri-stabilliyi ilə bağlı sidik saxlamazlığına adətən daha gec yaşlarda rast gəlinir. Buna baxmayaraq, sidik kisəsinin patologiyaları zamanı (daş, iltihab, şiş) hər zaman müşahidə oluna bilər. Bu xəstələrdə kiçik yaşlarda enurez, gecə yuxudan oyanaraq sidik ifraz etmə ( normalda 2 dəfə ola bilər ), gündüzlər tez-tez sidiyə çıxma (normalda 6 dəfə) daha çox rast gəlinir. Su səsi ilə sidik ifrazı hissi ola bilər. Adətən fiziki aktivliklə əlaqədar ani sidik ifrazı hissi ilə tualetə qaçan xəstə tualet qapısında sidiyini saxlaya bilmir. Cərrahi müalicənin xeyri yoxdur. Fiziki müalicə (sidik kisəsinin yenidən tərbiyəsi), elektrik stimulyasiyası və dərman müalicəsi tətbiq edilir.

Qarışıq sidik saxlamazlığı yuxarıda bəhs edilən hər iki halda, eyni xəstədə olur. Hər bir müalicə üsulu tətbiq edilə bilər. Əvvəl əməliyyat sonra fiziki müalicə, ya da dərman və ya elektrik stimulyasiyası və ya əvvəl fiziki müalicə sonra əməliyyat tətbiq edilə bilər.

Diaqnostikası necə aparılır?

İlk olaraq, xəstənin sidik saxlamazlıq forması təyin edilməlidir. Daha sonra ginekoloji müayinə aparılaraq sidik kisəsi, sidik kisəsi boynu, uşaqlıq yolu və uşaqlıqda sallanma olub-olmaması, xüsusən əvvəl keçirilmiş əməliyyatla bağlı sidik yollarından vaqinaya doğru formalaşmış kanalcıq, fistullarla əlaqədar davamlı sidik saxlamazlığın olub-olmaması araşdırılır. Bu proseslərdən sonra xəstənin sidik analizi, iltihab baxımından sidiyin mikrobioloji müayinəsi aparılır. Bu müayinələr nəticəsində problem aşkarlanırsa müvafiq müalicə təyin edilir. Daha sonra xəstənin sidik qaçırmasını izləmək üçün sidik kisəsinə müəyyən miqdar maye verilməklə və ya xəstənin sidik ifrazı hissinin olmasını gözlədikdən sonra gücənmə ilə əlaqədar sidik ifrazının olub-olmaması müayinə edilir. Sidik saxlamazlığın varlığını və ya miqdarını təyin etmək üçün bez testi də aparıla bilər.

Xəstə bu test üçün 24 saatlıq müddət ərzində dəyişdiyi bezləri gətirir. Bezlərin quru və yaş çəkiləri arasındakı fərq hesablanaraq sidik saxlamazlığın varlığı və miqdari təyin edilir. Xüsusilə daha əvvəl sidik saxlamazlıqla bağlı əməliyyat keçirməsinə baxmayaraq, yenə şikayəti olan xəstələr və əməliyyat ediləcək xəstələrdə daha ətraflı urodinamiki müayinələr aparılır. Bu prosedur zamanı xəstənin sidik kisəsinə taxılan kateter ilə fizioloji məhlul verilərək  dolma, sidik saxlamazlıq və sidik ifrazı təzyiqləri kompüter vasitəsilə qeyd edilərək rəqəmsal və qrafik yolla yazılır. Urodinamikanın son dərəcədə mürəkkəb və bahalı analiz olması səbəbi ilə hər xəstəyə tətbiq edilmir. Müayinə və xəstənin anamnezindən  faydalanaraq bəzi müalicə üsulları yoxlanıldıqdan sonra, nəticəyə görə urodinamiki müayinə  və ya əməliyyata qərar verilə bilər.

Xanımlarda sidik qaçırtması varsa, mütləq həkimə müraciət etməlidirlər. Sidik saxlamazlığın növü aydınlaşdırıldıqdan sonra müvafiq müalicə aparılaraq həyat komfortu geri qaytarılmalıdır.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS