Bunları bilirsinizmi?
Hipertoniya ilə mübarizədə 3 yaşdan sonra uşaqların da təzyiqini ölçmək laımdır.
Rakus.az xəbər verir ki, hipertoniya ürək-qan damar sistemi xəstəlikləri arasında çox geniş yayılan bir problemdir.
Yüksək təzyiq sistolik arterial təzyiqin 140-dan, diastolik arterial təzyiqin isə 90 millimetr civə sütunundan yuxarı qalxması kimi qəbul olunur. Vaxtilə yüksək təzyiq probleminə yaşlı insanlarda rast gəlinisə də, bu gün yaşı 30-dan çox olan şəxslərdə 30-35 faiz hallarda yüksək təzyiqə təsadüf olunur. Məlumatlara görə, dünyada 20 yaşından yuxarı olan əhalinin 26 faizində təzyiq xəstəliyi mövcuddur.
Yaşlı insan qrupunda hər 100 insandan 60-70-də təzyiqin yüksək olduğu bildirilir.
Dünyada təxminən 1,5 milyard insanın yüksək təzyiqdən əziyyət çəkir, hər il 9,4 milyon insanın bu səbəbdən vəfat edir.
Yüksək təzyiq, onun risklərindən uzaq olmaq üçün ilk növbədə duzdan çox istifadə etməmək tövsiyə olunur. Çox duz qəbulu hipertoniyaya zəmin yaradır. Təzyiq xəstələrinin müalicəsində isə əsas şərt çox duz qəbul etməyi aradan qaldırmaq sayılır.
Gündəlik duz istifadəsi 6 qram – 1 çay qaşığı qədər olmalıdır.
Əsas tövsiyələrdən biri də qızartma, çox yağlı yeməklərdən imtina etməklə bağlıdır.
Hər kəs vaxtaşırı olaraq qan təzyiqini nəzarətdə saxlamalıdır. Son zamanlar hesab edilir ki, hətta 3 yaşdan başlayaraq uşaqlarda da qan təzyiqi ən azı ildə bir dəfə ölçülməlidir.
Xüsusən ailədə diabet, artıq çəki, ürək, böyrək xəstələri varsa, təzyiq ölçmək tez-tez təkrarlanmalıdır.
Hipertoniyanın gəncləşməsinin əsas səbəblərindən biri artıq çəki problemi sayılır.
Artıq çəki, piylənmə təzyiqin qalxmasına səbəb olan amillərdən biridir.
Mütəxəssislər yüksək təzyiq probleminə qarşı əsas mübarizə üsullarından birinin də nizamlı şəkildə idman hərəkətləri etmək olduğunu vurğulayırlar. Piyada gəzmək, qaçış, üzgüçülük, velosiped sürmək təzyiqin normada saxlamaq baxımından vacibdir…