Lənkəranda iki yük maşını toqquşdu
Lənkəranda iki yük maşını toqquşub, ölən və yaralanan var.
Rakus.az xəbər verir ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən ərazisində Rusiya vətəndaşına məxsus TIR ilə “QAZel” markalı yük maşınları toqquşub. Nəticədə “QAZel” markalı yük maşını alışıb və hələlik kimliyi məlum olmayan Cəlilabad sakinlərindən biri yanaraq ölüb, digəri yaralanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə və Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları cəlb olunub. Vəfat etmiş sürücü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin, Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov isə TTSTY-nin “113” xidməti maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. (apa.az)