Dünya 20.01.2020 18:16

“Süleymani “ağır zərbə” ilə vurulmağa layiq idi – Tramp

ABŞ Prezidenti Donald Tramp Amerikanın Bağdadda İranın nüfuzlu hərbi komandiri Qasım Süleymaninin öldürülməsilə nəcitələnmiş dron hücumunun təfərrüatları haqqında danışıb.

Rakus.az xəbər verir ki, Tramp bu barədə açıqlamaları Floridadakı Mar-a-Laqo iqamətgahında Respublikaçılar Partiyasının seçki kampaniyası üçün maliyyə toplanması tədbirində verib.

CNN tele kanalı şənbə günü prezidentin yanvarın 3-də Bağdad aeroportunda keçirilən əməliyyatın detalları haqda danışdığı səs yazılarını yayımlayıb. ABŞ prezidenti əməliyyatı Ağ Evdən izləyib.

Yanvarın 3-də Qasım Süleymaninin Bağdad aeroportunda öldürülməsinə cavab olaraq İranın ABŞ-ın hərbi qüvvələrinin İraqda qərargahlandığı hərbi bazaya raket zərbələri endirməsi iki ölkə arasında gərginliyin daha da artmasına səbəb olub.

CNN səsləndirilən səs yazısında Trampın Dövlət katibi Mayk Pompeonun dediyi kimi, Süleymaninin birbaşa təhlükə təşkil etməsi haqda bir söz söyləmədiyi haqda məlumat verib.

Tramp “Süleymani bizim ölkəmiz haqda pis danışırdı” deyib.

Daha sonra isə Tramp hərbçilərin ona hücumun gedişi ilə dediklərini təkrar edərək, mənzərəni təsvir edib.

“Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır. Onlar maşındadır. Onlar zirehli maşındadırlar. Onların təxminən 1 dəqiqə 11 saniyəsi qalır…30 saniyə, 10, 9, 8…Sonra birdən zərbə. Ser, onlar artıq yoxdur. Rabitə kəsildi.”

Bu, Trampın göstərişi ilə keçirilən hücumun ən təfərrüatlı təsviridir. Demokratlar və başqa tənqidçilər Trampın Senatda impiçment məhkəməsinə bir ay qalmış keçirilən hücumun vaxtı və administrasiyanın göstərdiyi səbəblərlə bağlı suallar qaldırıb. Trampın hücum haqda göstərişi bir sıra qanunvericilər tərəfindən tənqid edilib, belə ki nə prezident, nə də onun müşavirləri Süleymaninin Amerikanın regionda təhlükəsizliyinə birbaşa hədə təşkil etdiyinə dair bəyanatlarını dəstəkləyə bilən informasiyasını ictimaiyyətə açıqlamayıb.

Tramp ABŞ-ın hücumunun “dünyanı sarsıtdığını” etiraf edib, lakin Süleymaninin “minlərlə amerikalının” öldürülməsinə görə məsuliyyət daşıdığı üçün “ağır zərbə ilə vurulmağa layiq olduğunu” deyib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO