Qatilləri bizə yollayırlar! – Tramp
ABŞ dövlət başçısı Donald Tramp ölkəsinə El Salvador, Quatemala, Honduras və Kalumbiyadan günahkarların gəldiyini və Kalumbiyadan edilən uyuşturucu ticarətinin də 50 faiz artdığını iddia edib. “Şəbəkələri öş ölkələrində istəmədikləri üçün qatilləri bizə yollayırlar. Çünki ABŞ xalqının axmaq olduğunu və onları qəbul edəcəyini düşünürlər” deyə çıxış edib.
Rakus.az xəbər verir ki, Kalumbiya mətbuatındakı xəbərlərə görə, Texasda qatıldığı bir tədbirdə çıxış edən Tramp, bir neçə gün öncə eyni mövzuda hədəf aldığı Kalumbiyanı yenidən tənqid edib.
Bir müddət əvvəl etdiyi çıxışında Kalumbiya dövlət başçısı İvan Duqueyi, “Yaxşı biri amma uyuşturucu ilə mübarizədə heç bir iş görmür” sözləri ilə hədəf alan Tramp yenə eyni mövzuyu gündəmə gətirib.
İqtidardakı partiya Demokratik Mərkəzin lideri və Kalumbiyanın keçmiş dövlət başçısı Alvaro Uribe də Trampın ittihamlarını dəyərləndirib. Uribe, ABŞ-ın uyuşturucu ilə mübarizədə Kalumbiyadan daha yaxşı bir müttəfiq tapa bilməyəcəyini söyləyib.