İraq və ABŞ prezidentləri Davosda görüşdülər
Vaşinqtonun İraqın ABŞ ordusunu ölkədən çıxarması tələbini rədd etməsindən sonra İraq Prezidenti Bəhram Salih bu məsələni müzakirə etmək üçün çərşənbə günü Davosda Birləşmiş Ştatlar Prezidenti Tarmpla görüşüb.
“Görüş zamanı xarici qoşunların ixtisarı və İraq xalqının ölkənin suverenliyini qorumaq tələblərinə hörmət edilməsinin vacibliyi müzakirə edilib”, – bəyanatda bildirilib.
İraq parlamenti yanvarın 5-də ABŞ-ın İran generalı Qasım Süleymanini və İraqın yarı-hərbi qüvvələrinin komandiri Əbu Mehdi Əl-Mühəndisinin ölümünə səbəb olan hava zərbələrindən sonra İraqdakı xarici qoşunların mövcudluğuna son qoymasını tələb edən qətnamə qəbul edib.
Qasım Süleymanının öldürülməsinə cavab olaraq, İranın ABŞ qüvvələrinin yerləşdiyi İraqın iki hərbi bazasına ballistik raket hücumu İraqdakı xarici güclər, xüsusilə də Birləşmiş Ştatlar və İranın təsirini vurğuladı.
İraqın baş naziri Adil Əbdül Mehdi İraq parlamentinin qərarına uyğun olaraq Vaşinqtondan ABŞ qoşunlarının çıxarılmasına hazırlaşmasını istəsə də, Tramp administrasiyası bu tələbi rədd edib.
Vaşinqton daha sonra NATO-nun İraqdakı missiyasının genişləndirilməsini, “bölgədə yükün bölüşdürülməsi” planını nəzərdən keçirdiyini bildirib.