Dağıstan rəhbəri Azərbaycana səfər edəcək
“Dağıstan və Azərbaycan arasında çox yaxın və etibarlı münasibətlər var”.
Rakus.az xəbər verir ki, bunu Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev deyib.
Azərbaycanla əlaqəli yeni layihələr barədə danışan V.Vasilyev qeyd edib ki, 2020-ci ildə Bakı-Dərbənd-Mahaçqala marşrutu üzrə yüksəksürətli qatarın istifadəyə veriləcəyi planlaşdırılır: “Bu, Peterburq-Helsinki qatarına bənzər sürətli qatar olacaq. İstəyirik ki, Dərbənddən keçərək Bakıdan Mahaçqalaya və əks istiqamdə sadələşdirilmiş gömrük prosedurları ilə gediş-gəliş olsun. Artıq çox adam bunun nə vaxt mümkün olacağını soruşur. Layihəni bu il həyata keçirəcəyimizə ümid edirik”.
V.Vasilyev bildirib ki, yaxın gələcəkdə özü də Bakıya səfər etməyi planlaşdırır: “Hələlik tarixi söyləməyəcəm, amma deyə bilərəm ki, bu səfərə çox ciddi hazırlaşırıq”.
O, Azərbaycan və Dağıstan iqtisadiyyatına toxunaraq onların bir-birinə bənzədiyini söyləyib: “İqtisadiyyatlarımız çox oxşardır. Bir çox mütəxəssis hətta birbaşa rəqib olduğumuzu söyləyir. Ancaq, bu, yaxşı münasibətlər qurmağımıza mane olmur və sual yaranan məsələlərdə bir-birimizi başa düşürük”. (report.az)