Səhiyyə 24.01.2020 20:20

Bunları bilirsinizmi?

İnsanlar arasında ən geniş yayılan problemlərdən biri də saç tökülməsidir.

Rakus.az xəbər verir ki, bu problem bu gün gənclərin də qorxulu röyasına çevrilib.

Üç kişidən birində kəskin saç tökülməsi qeydə alınır. Kişilərdə keçəlləşmənin əsas səbəbi irsiyyət sayılsa da, qadınlarda irsi saç tökülmələri azlıq təşkil edir.

Əslində kişilərdə gün ərzində yüzə, qadınlarda isə 150-yə qədər saçın tökülməsi normal hesab olunur. Kişilərdə bunun 100-dən, qadınlarda isə 150-dən çox olması isə artıq xəstəlik əlaməti kimi dəyərləndirilir. Saç tökülməli, düşən tükün yerinə yenisi bərpa olunmalıdır. Əgər bərpa prosesi gedirsə, saçda seyrəlmə olmursa, bu, fizioloji tökülmə, yəni normal haldır.

Mütəxəssislər hesab edir ki, saç tökülməsinə çox amillər səbəb ola bilər. Son illər aparılan araşdırmalara görə, saç tökülməsinə səbəb olan əsas amillər genetik faktor, stress, depressiyalar, dəri problemləri, yanlış qidalanma, vitamin və mineral, dəmir çatışmazlığı, qan azlığı, hormonal problemlər, bir sıra daxili xəstəliklər, dərmanlar, kimyaterapiya müalicələridir. Bundan başqa, saçlar üçün istifadə olunan kosmetik vasitələr, saç boyaları, düzləşdirici, burucu və s. vasitələr saç tökülməsinə səbəb ola bilər.

Dəridə olan göbələk və bakterial mənşəli problemlər zamanı da saç tökülmələri baş verir.

Qadınlarda ən çox hamiləlikdən sonra, dieta proqramlarını icra edən zaman saç tökülmələrinə rast gəlinir. Bu isə daha çox dəmir çatışmazlığı ilə izah olunur. Müalicə zamanı problem aradan qalxır.

İrsi faktora bağlı olan saç tökülməsinin qarşısını almaq isə mümkün sayılmır, yeganə çarə saç əkilməsidir. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da saç əkilməsi özəl klinikalar, kosmetoloji, estetik mərkəzlərdə geniş tətbiq olunur.

Mütəxəssislər hesab edir ki, bəzi hallarda saç əkilməsi kor-koranə icra edilir, tibbi göstərişlər nəzərə alınmır.

Hesab olunur ki, bir sıra, eləcə də autoimmun mənşəli xəstəliklərdən qaynaqlanan saç tökülmələrində saç əkliməsinin heç bir faydası yoxdur, əslində bu hallarda saç əkilməməlidir. Saç əkilməsi genetik meyllilik, hormonların təsir nəticəsində yaranan saç tökülmələri zamanı tətbiq olunmalıdır.

35 yaşa qədər saç əkilməsi məsləhət görülmür. Bildirilir ki, erkən saç tökülmələri 18 yaşdan etibarən müşahidə olunur, 30-35 yaşlarda isə dayanmağa başlayır.

Başın təpə hissəsində tüklərin sürətlə tökülməsi isə dazlaşmamın əsas əlaməti sayılır.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS